Üçün


Üçün
Nanə yarpağı tək əsir ürəyin,
Suyu  diş göynədən bulaqlar üçün.
Inanın burnumun ucu göynəyir
Qoyunlu , quzulu yaylaqlar üçün


Sürülər otlardı Yağlıgüneydə,
Xoş hava çalardı çobanalr neydə
Indi köç eləmir kasıb da , bəy də,
Mənsə darıxıram o dağlar üçün.


Yurddan ayrıldığım 30 il olar
Içimdə çürüdü şirin arzular.
Nə bir alaçıq var, nə bir oba var,
Könlüm qan ağlayır o çağlar üçün


Baldırqanlıgözəl gözləmir məni
Qonşuqız kölgə tək izləmir məni.
Şükürbəyli hələ səsləmir məni,
Ocaq-daşı üçün, ocaqlar üçün


Çoxdandır getmirəm o həndəvərə,
Yəhərdə qoymuram kürən kəhərə
Gözü yolda qalıb Yarpızlıdərə
Əvəz, can atıram Çaylaqlar üçün.
                                                     ( 2018)


Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri