Сообщения

Сообщения за июнь, 2018

Gərəkdi

Gərəkdi Allah , göydən tökülübmü ? Bu gözəllik , bu mənzərə . Ləçək - ləçək çiçəkləri Səpələnib çəmənlərə Nə gözəldir gül qönçəsi , Yetişməyib , kaldı hələ . Bu dünyadan xəbərsizdi Dili yoxdu , laldı hələ Min çiçək var bir arşında , Ləçəklərdən nur tökülür . Möcüzə var hər daşında Qayalardan zər tökülür . Şükür olsun yaradana Burda hər şey  c ana gəlir . Mavi gözlü Maralgölə Gör nə qədər sona gəlir . Bu möcüzə , bu gözəllik Görənləri heyran edir . Xallı - xallı kəpənəklər Həndəvərdə  c övlan edir . Tanrımı qələm çəkib ? Cərgəyə bax , nizama bax Mələklərmi enib əkib Sərvidəki bir naza bax . Ağacların bənizini Vəsf etməyə söz gərəkdi Bu ilahi gözəlliyi Görmək üçün göz gərəkdi . 27.07.2007

Sınaram, gülüm

Sınaram , gülüm Yenə daş atmısan yuxuma , gülüm , Yenə çökdürmüsən zil qaranlığı . Könlümün evini gəl yıxma , gülüm , Salıb çilikləmə mehribanlığı . Sənin baxışının kədərli dəmi Hicran gölgəsini üstümə salır . Alma gözlərində görəndə qəmi , Qəm özü şığıyıb üstümü alır . Əzəldən od kimi hisslərin olub , Niyə hərarətin buzlaşır , niyə . Məhəbbət atəşi günəşdən alıb , Sənin haqqın varmı buza dönməyə ?! Eşqimin odunu səndən almışam , Kərəm tək yolunda yanaram , gülüm . Ömrün payızdır , kövrək olmuşam , Məni silkələmə , sınaram , gülüm .

Adamlar

           Adamlar Adam var bir dəfə qapımı döysə , Evimə təbəssüm , gülüş doldurar . Adam var nəfəsi bağıma dəysə , Yarpağı saraldar , gülü soldurar . Adam var söhbəti , sözü təmizdi , Diləyi gül açır gül qönçəsi tək . Adam var mayası , südü qəlizdi , Zəhər kisəsidir ondakı ürək . Adam var baxışı , üzü çilçıraq , Ləl , gövhər süzülür gül dodağından . Adam var sevincdən , gülüşdən uzaq , Zəhrimar tökülür qaş - qabağından . Bu necə hikmətdir , ay ana torpaq , Qoynunda dolanır yaxşı da pis də . Nadanlar , naşılar olsalar uzaq , Nahaqdan qan axmaz sinən üstə

A görməmiş

        A görməmiş Ürəyimdə  c ücərtdiyim tər gülləri , Əzib tökdün , məhv elədin  c ücərməmiş ,                                 a görməmiş . Oyuncağa çevirdin sən Ülvi hissi , məhəbbəti . Ürəklərin qismətini – Etibarı sədaqəti . Qəlbindəki ilıq nəfəs buza döndü , Zəhər əsdi ilk eşqimin bağçasına . Soluxuşdu səmimiyyət duyğuları . Xəzan vurdu meyvələri yetişməmiş                                  a görməmiş , Tikan sözlər bir dərd kimi üzdü məni , Yasa batdı könül evi , Dodağımdan düşdü yerə , Çilikləndi incə gülüş ,                             a görməmiş , Təbiətin gözəlliyi gözlərində çirkinləşdi . Mehribanlıq neştər oldu , Daş qəlbini dəldi , keçdi , Şirin sevgi təbəssümü , Dodağına düşmən oldu , qatı düşmən Bu aləmdə bir özünü , Bir də , bir də Şan - şöhrəti düşündün sən , Sinəm üstə  c ığır saldı , İlan dilli böhtanların . İlhamımın qanadına buxov vurdun ,