OLA


                OLA

Bu fani dünyanın dərdi-sərini,
Arayıb axtaran bir dədə ola.
Bayquş xarabada tapa yerini,
Qartal əl çatmayan zirvədə ola.

Çaqqal var yaranıb ulamaq üçün
Yaltaq quyruq taxır bulamaq üçün.
Hərislər hərlənir talamaq üçün,
ev yıxmaq ola, hədə ola.

Ovçuya yaraşır göylə ov vura,
Ahu tuş olmasın naşı quldura,
Haray o gündən ki, aqillər dura,
Obada ağsaqqal bir gədə ola.


Gədədən bəy olmaz deyib atalar,
Nakəsin qəddini əyib atalar.
Mərdin süfrəsində yeyib atalar,
Duz-çörək, düz-çörək hər vədə ola.

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri