Qocaldım


     Qocaldım

Ömür keçdi, saç ağardı,
Qocaldım ellər, qocaldım.
Üstünüzə gül yağardı,
Qocaldım çöllər, qocaldım.

Çiçəkli düz, yaşıl çəmən,
Balam nərgiz, gülüm süsən.
Necə dözüm bu dərdə mən,
Qocaldım güllər, qocaldım.

Kökdən düşüb sazın teli,
«Mənəm» deyir hicran eli.
Qışın qarı, yazın seli,
Qocaldım sellər, qocaldım.

Atam günəş, anam torpaq,
Bir ömürdə gərdişə bax!
Qocaldım illər, qocaldım.
Əvəz, dönməz o təmtəraq.


Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri