RÜBAİLƏR


              RÜBAİLƏR

Ay oğul, at minsən bir cövlan eylə,
Demirəm zülm eylə, nahaq qan eylə.
Dostu süfrəsində yerin var sənin,
Çalış düşməni mehriban eylə.

Acı söz ox kimi batar ürəyə,
Nadan xain çıxar, duza, çörəyə.
Kənardan köməklik olsa da yenə,
Damın ağırlığı düşər dirəyə.

Hər ürək dost olmaz, sayıq ol hər an,
Vəfalı dost üçün əsirgəmə can.
Gündəlik hörməti etmək asandır,
Arif ol, dar gündə sınanır insan.

Səndən öz dərdimə dərman istədim,
Aşkara vermədin, pünhan istədim.
Sən mənə qəm- kədər bəxş edən zaman,
Mən sənə həyatda sağ can istədim.

Qocalıq əlimi telimə çəkdi,
Düşündüm görəsən bu istəkdir.
Qara saçlarımı bəyaz eylədi,
Sonra da gözümün nurunu çəkdi.

İnsan əlindədi dünyada var,
İstəsə uçurdar, istəsə qurar.
Ey dost, keçdiyimiz həyat yolları,
Zəhmətin nuruyla ancaq nurlanar.

Qardaş, aşmaq olmur, qəlbidir barı,
Dəlmək asan deyil o bağdan barı.
Boylana-boylana qalmışam burda,
Yar özü qənşərə çıxaydı barı.

Qulaq as, söyləyim sənə dərdimi,
Götür sayğacını sana dərdimi.
Dilbilən, sözqanan vəfadar hanı,
Üzümə baxanda qana dərdimi.

Ömrün bu çağında dərd əyir məni,
Kimə işim düşür «gör» deyir məni
Gərdişin cəhrəsi fır-fır fırlanır,
Əlçimə dönmüşəm, dur əyir məni.

Qoy dönüm-dolanım başına, Vətən,
Vurğunam yazına, qışına, Vətən.
Bəxtəvər övladın onda olaram,
Ünvanım yazıla daşına, Vətən.

Demirəm dünyanı yığ gətir mənə.
Demirəm dağ boyda dağ gətir mən.
Zülmün, fəlakətin izini itir,
Sülhü, azadlığı sağ gətir mənə.

Yaltaqdan uzaq ol, namərddən kənar,
Halal bilmədiyin sərvətdən kənar.
yalana inan, böhtan danış,
Onda sən olarsan hər dərddən kənar.

evlər yıxıbdır yalanlar, allah,
Nahaqdan tökülüb qanlar, allah.
Əgər olmasaydı daban daşları,
Qartmaq bağlayardı dabanlar, allah.

Əzəl gərək yar yarına yaxına,
Əğyar kəsi qoymayalar yaxına.
Giley-güzar bürüyəjək aləmi,
Yar, zülfünə ya sürmə çək, ya xına.

Sən geymisən al qırmızı, mən sarı,
Bu dünyanın kələfini hey sarı.
Çıxım Üçtəpənin qənşər yerinə,
Görüm yar gəlirmi bir bizə sarı.

Qocalıq gəlməmiş qaçdı gəncliyim
Elə bil quş idi, uçdu gəncliyim.
Yüyrük ağacını əsa eylədim,
Başına min oyun açdı gəncliyim.

Dağlar öz qoynunda saxlasın səni,
Hər axşam, hər sabah yoxlasın məni.
Əgər pozan olsam əhdi, peymanı,
Kamana ox qoyub oxlasın məni.

Dünən bu günümə can atan könül,
Bu gün dünənimə qayıtmaq istər.
Uşaqlıq dünyamın evcik evində,
Uzanıb doyunca bir yatmaq istər.

Badamı etdilər söyüdə peyvənd,
Söyüd şaxələndi, badam olmadı.
Bir nadan loğmandan dərs aldı, fəqət,
Gözəl alim oldu, adam olmadı.

İlin qayğısı böyükdür il,
Ayların dərdini çəkir bir zaman.
Ömür sarayını o pillə-pillə,
Ucaldır bir zaman, sökür bir zaman.

İstərəm köksümdə öz tapım ola,
Məhəbbət bağına güzarım ola.
Əlim üzüləndə qoca dünyadan,
Ellərin ürəyi məzarım ola.

Bağrım qana döndü, ey gül xiffətdən,
Qəmdən baş götürüb hara qaçım mən.
Soldu sevgimizin qönçə gülləri,
Yandı külə döndü gül kimi bədən.

Eşqimin gülləri cilalı deyil,
Sevdalı bülbülüm havalı deyil.
Bir namə göndərin gəlin bahara,
Bəlkə bahar bundan heç halı deyil.

Qış gəldi qarını tökdü üstümə.
Şaxta qılıncını çəkdi üstümə.
Tutuldu göylərin qaşı-qabağı,
Bulud qarçiçəyi əkdi üstümə.

Aşıq vüsalına yetişən zaman,
Bir damcı şeh düşər məst olar canan.
Şehlə gül görüşər sən hikmətə bax,
O şehdən yaranan yaradan insan.


Hərə yuvasında çatar şöhrətə,
Bayquş xarabada, qartal zirvədə.
Əzəldən belədir hökmü zamanın,
Bahar qış nəfəsli olmaz heç vədə.

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri