Məni


                   Məni

Hanı mənim yel qanadlı yelatım,
Qırğı kimi yalmanına əl atım.
Gəl-gəl deyir hay-haraylı elatım,
Çəkər dərgahına o dağlar məni.

A köhlənim, nal-mıxını bərk elə,
Telli sazı bağlayıram tərkinə.
Üz tutmasam el-obama ərk ilə,
Silinməz sinəmdən o dağlar mənim.

Gəl telini tumarlayım bir mən,
Sənə ümüd bağlamışam burda mən.
Baş çəkməsəm Əvəz düşən yurda mən,
Ocaq haray salar, od ağlar məni.

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri