Əvəz Lələdağ


                        Əvəz Lələdağ

Sən böyük ustasan, dahi sənətkar,
Gənclərə örnəksən, Əvəz Lələdağ.
Vətənin, millətin dərdini çəkən,
Xoş arzu, diləksən, Əvəz Lələdağ.

Oxudum şerini qəlbim ağladı,
El-oba həsrəti könül dağladı.
Səni el qorudu, Allah saxladı,
Elimə bəzəksən, Əvəz Lələdağ.

Haqdan gəlir şirin sözün, söhbətin,
El içində vardı böyük hörmətin.
İstəkli oğlusan bizim millətin,
Elə bil mələksən, Əvəz Lələdağ.

Mən Allahverdiyəm, elin oğluyam,
Vətənin dərdindən sinə dağlıyam.
Şeirə, sənətə mən də bağlıyam,
Xalqıma gərəksən, Əvəz Lələdağ.

                                                        
                                                       27 dekabr 2009

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri