Vətən


        Vətən

Bir yanımlıq közün olam, ey Vətən,
Sonra olam bir obanıın ocağı.
Bircə qarış düzün olam, ey Vətən,
Sinəm ola gözəllərin oylağı.

Əzəl gündən harayımsan, hayımsan,
Günəşimsən, ulduzumsan, ayımsan.
Ümid yerim, güman yerim, payımsan,
Sən vermisən bu növrağı, bu çağı.

Yaman günə sinə gərdin, sinə sən
Gecə-gündüz qayğı çəkən yenə sən.
Anam qədər müqəddəssən  mənə sən,
Sənsiz sönər ümidimin çırağı.

Nankor olsam övladlıqdan sil məni,
Namərd ölsəm götürməsin el məni.
Əvəz qıyar, yandır elə kül məni,
Qoy cəsədim incitməsin torpağı.


Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri