A görməmiş


        A görməmiş

Ürəyimdə cücərtdiyim tər gülləri,
Əzib tökdün, məhv elədin cücərməmiş,
                               a görməmiş.
Oyuncağa çevirdin sən
Ülvi hissi, məhəbbəti.
Ürəklərin qismətini
Etibarı sədaqəti.
Qəlbindəki ilıq nəfəs buza döndü,
Zəhər əsdi ilk eşqimin bağçasına.
Soluxuşdu səmimiyyət duyğuları.
Xəzan vurdu meyvələri yetişməmiş
                                a görməmiş,
Tikan sözlər bir dərd kimi üzdü məni,
Yasa batdı könül evi,
Dodağımdan düşdü yerə,
Çilikləndi incə gülüş,
                            a görməmiş,
Təbiətin gözəlliyi gözlərində çirkinləşdi.
Mehribanlıq neştər oldu,
Daş qəlbini dəldi, keçdi,
Şirin sevgi təbəssümü,
Dodağına düşmən oldu, qatı düşmən
Bu aləmdə bir özünü,
Bir , bir
Şan-şöhrəti düşündün sən,
Sinəm üstə cığır saldı,
İlan dilli böhtanların.
İlhamımın qanadına buxov vurdun,
Axşam, səhər üzə durdun,
qaldı ki, üzəvarı deyilməmiş,
                          a görməmiş,
Məsum baxan körpəmizin gözlərində
                               nəm göründü,
Sodu lalə yanaqları,
Çöhrəsində qəm göründü.
Açılmadı, əli qolu
Bizim qəlblər görüşməmiş,
                       a görməmiş.
Mən od oldum sən sərin su,
Gözəl istək, gözəl arzu.
Hər yerişə qoyma qəmiş
A görməmiş, a görməmiş!


Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri