Deyil


               Deyil

Kimsənin qəlbinə çalış toxunma,
Könül bulandırmaq cəsarət deyil.
Qartal tək həmişə ucalıq axtar,
Bayquşun niyyəti xoş niyyət deyil.

Sən həyat eşqiylə göylərə ucal,
Əməkdən ilham al, hünərdən güc al,
Zəfər çalanlara ürəkdən əl çal.
Paxıllıq dünyada bir adət deyil.

Qaynayıb qarışsın obaya, elə,
Elin nəzərində dönəsən gülə,
Həyat bağışlasın bir ağız selə,
Buna hamı deyər-səxavət deyil.

Əvəzəm dolmuşam yaşa,əzizim,
Dəyməsin diləyin daşa, əzizim.
Halal zəhmətinlə yaşa, əzizim,
Halallıq qeyrətdi, qəbahət deyil.

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri