Dağ çayı


          Dağ çayı

Dağ çayı yatağa sığmayır bəzən,
Yalquzaq qurd kimi dalayır çölü.
Böyük ağacları, daşı kökündən,
Qoparır, aparır suların seli.

Ləpəsi yarğanın saçını yolur,
Laləli düzləri bağrına basır.
Salxım söyüdlərin nənnisi olur,
Dalğası qayanın çiynindən aşır.

«Mənəm», «Mənəm» deyən,kükrəyən çaylar,
İnsanın əlində quzuya dönür.
Bödöy köklən kimi tövşüyən çaylar,
Ən böyük əmələ, arzuya dönür.

Köpüklü dalğalar cilovlanaraq,
Yanan işıq olur, həqiqət olur.
Dağların saf qanı, sən hikmətə bax,
Bəşərə ən gözəl qənimət olur.

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri