Sən də mənə vermə qəm


Sən mənə vermə qəm

Sevgilim, insafa gəl,
Hər sözə qoyma məhəl.
Özün yaxşı bilirsən
Mən sevdalı bülbüləm,
Sən mənə vermə qəm.

Sən ey bahar nəfəslim,
Qəlbi gənclik həvəslim.
Səni qəmli görəndə,
Düşür əlimdən qələm,
Sən mənə vermə qəm.

Qəlbim sənin əlində,
Şirin nəğməm dilində,
Məndən kənar gəzmə sən,
Gəl olaq qoşa həmdəm
Sən mənə vermə qəm.

Ömürdən düşür varaq,
Gedir əldən təmtəraq.
Bu hikməti unutma
Birdə tapılmaz bu dəm,
Sən mənə vermə qəm!

Sən qönçə gül, mən bülbül,
Qönçə kimi açıl, gül.
Qaş-qabaq açıq gərək,
Gözəldir indi aləm,
Sən mənə vermə qəm.


Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri