Gərək


                       Gərək


Ömrün baharında, ömrün qışında,
İstini soyuğu duyusan gərək.
Çəmənlər çimsə , yaz yağışında
Torpağı tərinlə yuyasan gərək.

Torpaq səcdəgahdır hər bir insana,
Torpaq həyat verir canlıya, cana.
Torpaqdır dünyada ən gözəl ana,
Torpağı müqəddəs sayasan gərək.

Əməkdir insanı ucaldan, qardaş,
Zəhmətə həmdəm ol, torpağa sirdaş.
Vətən sarayında çatmasa bir daş,
Əvəz, ürəyini qoyasan gərək.


Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri