Bilmir
Bilmir
Məni qəm üstündə kökləmə, oğul,
Könlüm kökdən düşüb köklənə bilmir.
Dərdi ürəyimə yükləmə, oğul,
Ürəyim zəifdir yüklənə bilmir.
Anam küskün getdi, atam gileyli,
Mənəm taleyindən müdam gileyli,
Yaxşıdan olarmı adam gileyli?
Qəlbim qəm-qüssədən təklənə bilmir.
Yüz dəfə çıxmışam borandan, qardan,
Əlimi üzmüşəm gül üzlü yardan.
Nə yardan haray var, nə də ki vardan,
Əvəz dərd yükünü tək çəkə bilmir.
30.09.2006
Комментарии
Отправить комментарий