Yadıma sən düşürsən


Yadıma sən düşürsən

Dağ çayları daşanda,
Yadıma sən düşürsən.
Sular pıçıldaşanda ,
Yadıma sən düşürsən.

Duman yaldan aşanda,
Bülbül nəğmə qoşanda,
Kəklik qaqqıldaşanda,
Yadıma sən düşürsən.

Çöldə ceyran qaçanda,
Dağda qartal uçanda,
Bağçada gül açanda,
Yadıma sən düşürsən.

Buludlar ağlayanda,
Sel sulu çağlayanda,
Tər çiçək bağlayanda
Yadıma sən düşürsən.

Yaşıl otlar bitəndə,
Quşlar dil-dil ötəndə,
Xoş arzuma yetəndə,
Yadıma sən düşürsən.

Güleyşə nar dəyəndə,
Budaqları əyəndə,
Azərbaycan deyəndə
Yadıma sən düşürsən.

Başlayanda bir işə,
Tələsəndə görüşə
Harda olsam həmişə
Yadıma sən düşürsən.


Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri