Arada məni
Arada məni
Qoy uzanım qar sinənin üstünə
Məmələr sıxsınlar arada məni
Əzrayıl canımı ordaca alsın,
Səndəcə xatırla arada məni.
Taleyin hökmündən qaçan olmayıb
Onun sirlərini açan olmayıb
Ayrılıq dəmləri haçan olmayıb
Ay gözəl, itirmə arada məni.
Yenicə açılır sevgimin gücü
Yenicə közərir eşqimin közü
Dilimdə cücərir «sevirəm» sözü
Vaxt tapıb səndə gör arada məni
Güllər arasında gözüm tutanı,
Söhbətim tutanı, sözüm tutanı,
Əvəz, buraxmaram özüm tutanı,
Sən allah pis etmə arada məni.
Əvəz
Mahmud
Lələdağ
Комментарии
Отправить комментарий