Olmasa


Olmasa

Həyatın nə ləzzəti, yar da sənə yar olmasa,
Dərdi-sər üzər səni, yanında qəmxar olmasa.

Soraqla xoş günləri, amma yadda saxla ki,
Xoşbəxlik səndən qaçar, əlində var-kar olmasa.

Çıxmısan səyahətə, gəz, dolan gülşəni sən,
Gül səni qucarmı heç, səndən xəbərdar olmasa.

Kimsədən bir kimsəyə, bəd xəbər söyləmə də,
El-oba dinc yaşayar arada əğyar olmasa.

Zərgər də sənətkardı, bil nalbənd də sənətkar,
Zərgərin nə hörməti, işində pərgar olmasa.

Uyma dünya malına, vəfası yoxdur onun,
Əvəzi kim tanıyar, əşarı, əşar olmasa.


Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri