Yurd yanğısı
Yurd yanğısı
Bir payız səhəri kənddəki toyda,
Uşaq nə haydadı,böyük nə hayda.
Şirin yuxusundan kənd oyanmışdı,
Hamının üstünə sevinc qonmuşdu.
Ağasən zurnanı zildə pülərdi,
Camaat axışıb toya gələrdi.
Belə çalçağırda, belə məqamda,
Məhəbbət bulağı coşur adamda.
Bir yanda dayanır ərgən oğlanlar,
Maşallah
bu kənddə xeyli oğlan var.
Hərə gül bağından
bir gül dərərdi,
O, gülü sevdiyi qıza verərdi.
Onları pis gözdən qorusun Allah,
Hamısı həyatda yarısın, Allah.
Bir yanda al-əlvan geyinmiş
qızlar,
Qızlar arasında
bir gözəl qız var.
Yanağı lalədir,qaşları kaman,
Gözünü gözümdən
çəkmirdi
bir an.
Sinəmi dəlirdi ox kirpikləri,
Kənddə müşkül olub görüş yerləri,
İçimdə yanırdı eşqimin odu,
Bilirdim, yaramın məlhəmi odu,
Onu «Gülbulaqda» görmüşdüm
bir vaxt
Adı Kəklik idi o şux sənəmin
Onu ilqarına
əminəm, əmin
Zülfünf gərdənə tökərdi Kəklik,
Bahar kəkliyi tək səkərdi Kəklik
Təzə dələmədir
axır əndamı
Könlümü yandırıb
yaxır əndamı.
Qönçəsi açılmış tərtəzə güldü,
Süzgün baxışı ilə üzümə güldü.
Güllər ətir səpdi gül camalına
Lalə heyran oldu xətti-xalına.
Dağ mehi dolmuşdu cənnət qoynuna,
Ulduzlar
tamaşa edirdi ona.
Ayı mat qoymuşdu
o gözəlliyi,
Gözü qamaşırdı
körpə əliyin
Ağ çiçək kimiydi ağappaq üzü
Ondan iraq olsun bəd nəzər gözü.
Qoşa nar yatıbdı dar sinəsində
Min dərdin davası var sinəsində.
İlantək qıvrılan
qara hörüklər
Çəkirdi aşiqi dara hörüklər.
Nədir bu cazibə, görən ,ilahi,
Sənsən qismətlsri
verən, ilahi
İçimi göynədir
əzəli yurdun,
Yadımdan
çıxmayır
g.zəli yurdun.
Ya Rəbbim kömək et aç qənşərimi,
Görüm o gözəllə görüş yerimi…
* * * * *
Gəlin bəy evinə ağappaq donda,
Camalı örtülü gələrdi onda.
Qurban kəsilərdi
ayaqlarına,
Xına yaxılardı
barmaqlarına,
Qapının ağzında boşqab qırardı,
Bəy də alma ilə onu vurardı.
Bir iman yiyəsi, ağbirçək
qarı,
Qənd-noğul atardı gəlinə sarı.
Göydə qapardılar
dəcəl uşaqlar
Bizə verməzdilər
macal uşaqlar.
Gərdəyin
dalına keçərdi gəlin
Vüsal şərbətini
içərdi gəlin
* * * * *
Dedisiz, qodusuz bu toyxanada,
Sevinc içindəydi
ata ana da.
Bir nurlu ağsaqqal
ayağa qalxdı,
Mənalı-mənalı məclisə baxdı.
Bəyin şərəfinə
xoş söz söylədi,
Sonra yadda qalan kəlamlar
dedi:
- Oğlum, bu şad günün, toyun mübarək
Oxunu daşlara vurmasın
külək.
Təkcə öz qeydinə qalsan dünyada
El səni istəməz gedərsən
bada.
Elin adətindən
sən qaçaq olma,
Günahlar
işlədib başalçaq
olma.
Tülküyə öcəşmə, aslana tay ol,
Halal zəhmətinlə
həmişə bay ol.
Gölməçə suyutək bulanma, oğul,
Qonşunla
gileyli dolanma, oğul.
Havanı həmişə sakit duyma sən,
Tufanlar
qopanda tab etməz bədən.
Darbaşmaq
olma ki, atsınlar
səni,
Zirzibil
içinə qatsınlar
səni.
Yananda alovlan bacar yaxşı yan,
Tüstülü ocaqdan yan keçir insan.
Sən qəlbi geniş ol, qarnı geniş yox,
Yaşa kişi kimi gözü- konlü tox.
Yağışdan
sonrakı havaya bənzə,
Könlünün
evini sevinclə
bəzə.
Sevdiyin cananı cilvələ hər an,
Sənə dayaq olsun böyük yaradan.
Qarı dağdan götür, külü küllükdən,
Uzaq ol tamahdan, o ağır yükdən.
Dərd gətirən olma, dərd azaldan ol,
Kimsəyə kömək et, iş düzəldən
ol.
Məhəbbət
yolunu hamıdan qabaq,
Gözəllik
eşqiylə eylə çil-çıraq.
* * * * *
Xonça gətirərdi
qız evi axşam,
Bəyin xonçasında
yanardı gur şam.
Sağdışın, soduşun xonçası aləm,
Burda bənd olmazdı nə kədər, nə qəm.
Düzülərdi
düzüm-düzüm xonçalar.
Allah, allah gör nə qədər xonça var?
Tökərdi tacir ortaya,
Əyirdək, fəsəli gəlməzdi
saya.
Qaz kimi toyuqlar
yağda qızarıb,
Almanın yanağı bağda qızarıb.
Hələ buğlanırdı dadlı xörəklər,
Südlə yoğrulmuş
isti çörəklər.
Üzü zəfəranlı
qatlama fətir,
Həsti aralıdan
saçırdı ətir.
Vallah xonçalarda
quş südü vardı,
Kəndin toy gecəsi gözəl oardı
Aşıq Hidayət köklərdi
sazı,
Bizə xoş gələrdi onun avazı.
Bəyi təriflərdi
o gecə aşıq,
Gecəni yorardı beləc aşıq.
Dəryada qalıbdı Nuhun gəmisi
Bizə xələt versin bəyin əmisi.
Görüm a bəy, toyun mübərək olsun
Sağdışına, solduşuna
borc olsun.
Göydə bir ulduz var adı talıbdı,
Bizim xələt dayısından
qalıbdı…
* * * * *
Məclisin
bax belə şirin çağında,
Bəy getdi gül dərə bəy otağında.
Bülbül uçub qondu gülün üstünə,
Qonçə açılan tək qabardı sinə.
Calə piyaləyə
gül şehi damdı
Gülün gül püstə- badamdı.
Şadlıqdan
toy bəyi ilhama gəldi,
Baxışlar
sevindi çöhrələr
güldü.
Üç gün pozulmadı
toyun növrağı
Simsarlar
gəldilər
hər axşam çağı
Xələt ilə gələn, gül ilə gələn,
Boy görüm verərdi gəlinə gələn.
* * * * *
Uçdu həmin toyda könlümün guşu
Kəşt edib dolandı «Göbəklidaşı».
Gecəni sübhədək
götür-qoy etdim
Dünyanın
evində neçə toy etdim
Bağlar Xəzəlimi
üstümə səpdi .
Bulaqlar
üzümdən, gözümdən
öpdü.
Yaxşı yol söylədi «İşıqlıdağı»,
Arxamca su atdı «Arzubulağı»
İçimdə közərdi sevgi ocağı ,
Gözümdə nurlandı
Sübhün çırağı .
Nura qərq elədi yolumu günəş ,
Sıxdı bir dost kimi əlimi günəş .
Aş qazanda qaldı ,lavaş tabaqda,
Nələr gözləyirdi
məni qabaqda .
Arzum biləyimdən
tutmuşdu
mənim,
Bu dəm batammazdı
mənə bir qənim.
«Qaybalı Təpəsi» yaxşı yol dedi,
Xatadan,baladan uzaq ol dedi.
Quşlar başım östə nəümə oxudu,
Fatma nənə göydə hana toxudu.
Bir də dönüb baxdım kəndin qaşından,
Öpdüm «Malyolu»nun çopur daşından.
Çıxdım «Elyoluna», «cada» yoluna
Düşdüm diləyimin sadə yoluna
Üz tutdum niyyətim üz tutan səmtə,
Məni tərk elədi kədər də, qəm də.
Sumqayıt deyilən məkana gəldim,
Burda dinə gəldim, imana gəldim
Ey könül,gəl çıxaq seyrə bir anlıq
Düşüb izimizə pislik, yamanlıq
Xırman heşansızdı, dəyirman dənsiz,
Vətən bizsiz qalıb, biz də vətənsiz.
Nizami ordumuz bir himə bənddi,
Vətənsiz
yaşamaq bizə töhmətdi.
İgidlər dolansın
meydana şir tək,
Nərədən dayınsın
min xain ürək.
Bizə qoşulmasın
hər yoldan ötən,
Düşmən tapdağından
sovuşsun
Vətən.
Qılıncar
oynasın göydə şimşək tək,
Qorxub qayalara
qısılsın
külək,
Kəsməsin
yolları nə duman,nə çən,
Yağılar kar olsun təbil səsindən.
Düşmənin
qanından
bir göl yaransın,
Elə bu məqamda yarı yar ansın.
Bir göz qırpımında
hücuma keçək,
Düşmənini
qanından
ovucla içək.
Ulu Zəngəzuru
alaq əllərdən,
Yığışsın
evinə qaçqın çöllərdən.
Qaytaraq
Laçını öz sahibinə,
Verək Kəlbəcəri
saz sahibinə.
Qayıtsın Qubadlı,Humayqayası,
Qurtarsın elimin kədəri, yası.
Qalmasın yurdumda düşmənin tozu,
Bu il faraş gəlsin Şuşanın yazı.
Biz Cıdır düzündə cıdıra çıxaq,
Ordan Xankəndinə doyunca baxaq.
Zəngilan torpağı suya çəkilsin,
Ağdamda solmayan güllər əkilsin.
Füzuli babamın ruhu şad olsun,
Cəbrayıl elində toy-büsat olsun!
Çağır o çağları, çağır ey könül,
İtməsin saldığın cığır ,ey könül.
Çağır «Yeddinovlu» hay versin sənə,
Suyundan
bir qurtum pay versin sənə.
Çağır «Qızılqaya»kürəyindədir,
Elin məhəbbəti
ürəyindədir.
Çağır orda qəmim,sevincim
qalıb,
Uşaqlıq deyilən bir incim qalıb.
Hanı uşaqlığın
şirin çağları,
Soldu gəncliyimin
yaşıl tağları.
Hanı hay-haraylı obanın,elin,
Hanı şux bülbülü o solan gülün.
Qocalıq ovutdu,könlümü aldı,
Sonra da qolunu boynuma saldı.
Hanı yamacların
buz bulaqları,
Hanı kəndimizin
meyvə bağları!
Hanı «Arpatəpə», bir yanı yoxdu,
«Lələdağ»məhv olur, yananı yoxdu.
Solub kəndimizin
gözəl bənizi,
Üstünü bürüyüb kədər dənizi
Çağır o yerlərin dəlisiyəm mən,
Körpə göbələyin ölüsüyəm mən.
İlk dəfə mən
orda iməkləmişəm,
Orda dil açmışam,Vətən demişəm.
Dağların
küləyi darağım olub,
Ayı,ulduzları
çırağım olub.
Orda sevincimi
qızla bölmüşəm,
Güllərin
içində vəcdə gəlmişəm.
Ağbaldır
yemliyi duzla ovmuşam.
Çağır, «Şükürbəyli»yadıma düşür,
Ordan ceyran keçir,durna ötüşür.
Çağır, «Şükürbəyli»yadıma düşür,
Ordan ceyran keçir,durna ötüşür.
Çağır «Ağbulağı»,çağır «Şırranı»,
Xəyalım dolanır dağı,aranı.
Hanı at ilxısı,dəvə qatarı,
Hanı Fatma xala, Xanxanım
qarı.
Hanı alaçığın
sərin nəmişi,
Hanı kənd yerinin sütül zəmisi.
Biçib dərələrdə
sütül ütərdik,
Qoruqçu görəndə gözdən itərdik.
Quzqulaq
üzərdik biz gəzə-gəzə,
Hərdən pencər çatıb köməyimizə.
Hanı «Arazdibək», hanı «Ağyazı»,
Dərin düşünmüşəm
bir vaxt dayazı.
Təpəni dağ edib,selavı dərə,
Misi oxşatmışam
lələ, gövhərə.
Zirvəyə çatmağı asan bilmişəm,
Bəzən nakəsləri
insan bilmişəm.
Duya bilməmişəm
yaxşını, pisi,
Çəməndə gülləri seçəmməmişəm,
Keçməli yerləri keçəmməmişəm.
Bir iz qoymamışam
sonra qalana,
Uymuşam hər yersiz zurna çalana.
Eh…yenə mətləbdən
uzağa düşdüm
Gör harda soyuğa,saza düşdüm,
Mərcanı görəndə götürməmişəm,
İtməli olanı itirməmişəm.
Çağır o çağları çağır,ey könül,
İtməsin saldığım
çağır,ey könül,
Xatirə həm şirin, həm də acıdır,
Xatirə könlümün
qızıl tacıdır.
Kəndimiz
dünyada ən gözəl yerdir,
Adını yaşatmaq
böyük hünərdir.
Çağır,kəndimizi
hay versin sənə,
İncidən,mərcandan
pay versin sənə,
Əvəz,sən keçəndə o gözəl yerdən,
Götürə bilmədin
Ləldən,gövhərdən.
İndi sən mənaya,sözə möhtacsan,
Yoxuşda qalmısan düzə möhtacsan…
Комментарии
Отправить комментарий