El yada düşdü


            El yada düşdü

Gəl sarıl boynuma, a telli sazım,
Çıxaq yaylaqlara, el yada düşdü
Gəzək oymaq-oymaq dağı, dərəni,
Çəmən yada düşdü, çöl yada düşdü.

Nəğməkar quşların şirin nəğməsi,
Havalı tərlanın göydən enməsi,
Ayna bulaqların xoş zümzüməsi,
Bulanıb durulan sel yada düşdü.

Enək Çuxurbağa, gedək Ağdüzə,
Özəkli baldırğan çıxıbdır dizə.
O yemlikli dərə, yarpızlı közə,
Bülbülün həmdəmi gül yada düşdü.

Bu uğurlu yolda, gözəl səfərdə,
Ellərin qəlbində gəz pərdə-pərdə.
Əvəz qəm eləməz sən olan yerdə,
Könül çalxalandı,göl yada düşdü.


Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri