Gəlmədin


Gəlmədin

Yollara baxmaqdan gözüm yoruldu,
Ülkər doğdu, dan söküldü, gəlmədin.
Kimlər nəzər saldı, qarğadı bizi
Torpağıma qan töküldü, gəlmədin.

Ömür keçdi, yaş qarıdı, əl əsdi,
Gülşənimə afat adlı yel əsdi.
Dəli könlüm görüşünə tələsdi,
Saç ağardı, bel büküldü, gəlmədin.

Didəm nurdan düşdü, dizim töcətdən
Bir əsər qalmadı o məhəbbətdən,
Qurtara bilmədim dərddən, möhnətdən,
Bu sinəmə dağ çəkildi, gəlmədin.

Yağı düşmən yurdumuza yeridi,
Qara bulud üstümüzü bürüdü.
Əvəz, canın qürbət eldə çürüdü
Gorgahında turp əkildi, gəlmədin.

27.09.2007

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri