Kəndim


Kəndim

Səni gördüm sevinc yağdı gözümdən
Qəm-kədəri yerə sərib gəlmişəm.
Mən özüm gileyliyəm özümdən,
Vaxt keçirib, ömür yorub gəlmişəm.

Bir zamanlar qucağında ucaldım,
Dağlarının vüqarından güc aldım.
Xiffətini çəkə-kəçə qocaldım,
Saç ağarıb indi durub gəlmişəm.

Gücüm çatmır vəsf eyləyəm «Qırxqızı»,
Şəfalıdır, baldırğanı, yarpızı.
Çeşmələrdə elə bil ki, baldı su,
Hər gözəldən bir gül dərib gəlmişəm.

Buluqların suyu olur buz kimi,
Çiçəklərin xumarlanır qız kimi.
«Qanlıcanı» yalamışam duz kimi,
«Yantəpədə» nəfəs dərib gəlmişəm.

«Arzubulaq» gözəllərin gözəli.
Orda sevdim o vəfalı gözəli.
Hər kişinin öz obası, öz eli,
Öz elimə köhlən sürüb gəlmişəm.

Hicran dərdim qaya dələr, daş oyar,
Əzəl sevdam ürəyimdə yaşıyar.
Əvəz sənə səcdə edər, baş əyər,
görmüşəm səndə görüb gəlmişəm.


Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri