Dağlar


                                                   Dağlar


Niyə kəsmədiniz bir yaman yolu.
A sitəmkar dağlar, a yağı, dağlar.
Kəsilib üstündən xeyli zamandı,
Bizim qız-gəlinin ayağı, dağlar.

Yurduma xəyanət edənlər oldu,
Onu didim-didim didənlər oldu,
Div kimi yuxuya gedənlər oldu,
Tapmadım bir nəfər oyağı, dağlar

Niyə nəzərini saldın Əvəzdən
Ayrılıb aralı qaldın Əvəzdən,
İnsafsızlıq edib aldın Əvəzdən
O qaymağı dağlar, o yağı, dağlar



Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri