BİR DƏ O YERLƏRƏ YOLUM DÜŞƏYDİ kitabı 1ci cild
Yurd yanğısı
Bir payız səhəri kənddəki toyda,
Uşaq nə haydadı, böyük nə hayda.
Şirin yuxusundan kənd oyanmışdı,
Hamının üstünə sevinc qonmuşdu.
Ağahəsən zurnanı zildə
pülərdi,
Camaat axışıb toya gələrdi.
Belə
çalçağırda,
belə məqamda,
Məhəbbət bulağı coşur adamda.
Bir yanda dayanır ərgən oğlanlar,
Maşallah
bu kənddə
xeyli oğlan var.
Hərə gül bağından
bir gül dərərdi,
O, gülü sevdiyi qıza verərdi.
Onları pis gözdən qorusun Allah,
Hamısı həyatda yarısın, Allah.
Bir yanda al-əlvan geyinmiş
qızlar,
Qızlar arasında bir gözəl qız var.
Yanağı lalədir,
qaşları kaman,
Gözünü gözümdən çəkmirdi bir an.
Sinəmi dəlirdi ox kirpikləri,
Kənddə
müşkül olub görüş yerləri,
İçimdə
yanırdı eşqimin odu,
Bilirdim, yaramın məlhəmi odu,
Onu Gürbulaqda görmüşdüm
bir vaxt,
Ona öz könlümü vermişdim bir vaxt.
Adı Kəklik idi o şux sənəmin
Onun ilqarına əminəm, əmin
Zülfünü gərdənə tökərdi Kəklik,
Bahar kəkliyi tək səkərdi Kəklik,
Təzə dələmədir axır əndamı,
Könlümü yandırıb yaxır əndamı.
Qönçəsi açılmış tərtəzə güldü,
Süzgün baxışı ilə üzümə güldü.
Güllər ətir səpdi gül camalına,
Lalə
heyran oldu xətti-xalına.
Dağ mehi dolmuşdu
cənnət qoynuna,
Ulduzlar
tamaşa edirdi ona.
Ayı mat qoymuşdu
o gözəlliyi,
Gözü qamaşırdı körpə
əliyin
Ağ çiçək kimiydi ağappaq üzü
Ondan iraq olsun bəd nəzər gözü.
Qoşa nar yatıbdı dar sinəsində
Min dərdin davası var sinəsində.
İlantək qıvrılan qara hörüklər
Çəkirdi aşiqi dara hörüklər.
Nədir bu cazibə, görən,
ilahi,
Sənsən qismətləri verən, ilahi
İçimi göynədir əzəli yurdun,
Yadımdan
çıxmayır gözəli yurdun.
Ya Rəbbim,
kömək et aç qənşərimi,
Görüm o gözəllə görüş yerimi…
*
* * * *
Gəlin bəy evinə
ağappaq donda,
Camalı örtülü gələrdi onda.
Qurban kəsilərdi ayaqlarına,
Xına yaxılardı barmaqlarına,
Qapının ağzında boşqab qırardı,
Bəy də alma ilə onu vurardı.
Bir iman yiyəsi, ağbirçək qarı,
Qənd-noğul atardı gəlinə
sarı.
Göydə
qapardılar dəcəl uşaqlar,
Bizə
verməzdilər macal, uşaqlar.
Gərdəyin dalına keçərdi gəlin
Vüsal şərbətini içərdi gəlin.
*
* * * *
Dedisiz, qodusuz bu toyxanada,
Sevinc içindəydi ata ana da.
Bir nurlu ağsaqqal
ayağa qalxdı,
Mənalı-mənalı məclisə
baxdı.
Bəyin şərəfinə xoş söz söylədi,
Sonra yadda qalan kəlamlar dedi:
-Oğlum,
bu şad günün,
toyun mübarək
Oxunu daşlara vurmasın
külək.
Təkcə öz qeydinə
qalsan dünyada
El səni istəməz gedərsən bada.
Elin adətindən sən qaçaq olma,
Günahlar
işlədib başalçaq
olma.
Tülküyə
öcəşmə,
aslana tay ol,
Halal zəhmətinlə həmişə
bay ol.
Gölməçə suyutək bulanma, oğul,
Qonşunla
gileyli dolanma, oğul.
Havanı həmişə sakit duyma sən,
Tufanlar
qopanda tab etməz bədən.
Darbaşmaq
olma ki, atsınlar səni,
Zir-zibil içinə qatsınlar
səni.
Yananda alovlan,
bacar yaxşı yan,
Tüstülü ocaqdan yan keçir insan.
Sən qəlbi geniş ol,
qarnı geniş yox,
Yaşa kişi kimi gözü-
könlü tox.
Yağışdan
sonrakı havaya bənzə,
Könlünün
evini sevinclə
bəzə.
Sevdiyin
cananı cilvələ hər an,
Sənə dayaq olsun böyük yaradan.
Qarı dağdan götür, külü küllükdən,
Uzaq ol tamahdan, o ağır yükdən.
Dərd gətirən olma, dərd azaldan ol,
Kimsəyə kömək et, iş düzəldən ol.
Məhəbbət yolunu hamıdan qabaq,
Gözəllik eşqiylə eylə
çil-çıraq.
* * * * *
Xonça gətirərdi qız evi axşam,
Bəyin xonçasında yanardı gur şam.
Sağdışın, soduşun xonçası aləm,
Burda bənd almazdı nə kədər, nə qəm.
Düzülərdi düzüm-düzüm xonçalar.
Allah, Allah gör nə qədər xonça var?
Tökərdi malını tacir ortaya,
Əyirdək, fəsəli gəlməzdi saya.
Qaz kimi toyuqlar
yağda qızarıb,
Almanın yanağı bağda qızarıb.
Hələ buğlanırdı dadlı xörəklər,
Südlə
yoğrulmuş isti çörəklər.
Üzü zəfəranlı qatlama fətir,
Həsti aralıdan saçırdı ətir.
Vallah xonçalarda quş südü vardı,
Kəndin toy gecəsi gözəl olardı
Aşıq Hidayət də köklərdi sazı,
Bizə
xoş gələrdi onun avazı.
Bəyi təriflərdi o gecə aşıq,
Gecəni yorardı beləcə aşıq.
Dəryada qalıbdı Nuhun gəmisi,
Bizə
xələt versin bəyin əmisi.
Görüm a bəy, toyun mübərək olsun,
Sağdışına, solduşuna borc olsun.
Göydə
bir ulduz var adı talıbdı,
Bizim xələt dayısında
qalıbdı…
* * * * *
Məclisin bax belə
şirin cağında,
Bəy getdi gül dərə bəy otağında.
Bülbül uçub qondu gülün üstünə,
Qonçə
açılan tək qabardı sinə.
Calə
piyaləyə gül şehi damdı
Gülün gül dodağıpüstə-
badamdı.
Şadlıqdan
toy bəyi ilhama gəldi,
Baxışlar
sevindi çöhrələr güldü.
Üç gün pozulmadı
toyun növrağı
Simsarlar
gəldilər hər axşam çağı
Xələt ilə gələn, gül ilə gələn,
Boy görüm verərdi gəlinə,
gələn.
*
* * * *
Uçdu həmin toyda könlümün
guşu
Kəşt edib dolandı «Göbəklidaşı».
Gecəni sübhədək götür-qoy etdim
Dünyanın
evində neçə
toy etdim
Bağlar xəzəlini üstümə
səpdi
.
Bulaqlar
üzümdən, gözümdən öpdü.
Yaxşı yol söylədi
«İşıqlıdağı»,
Arxamca su atdı «Arzubulağı»
İçimdə
közərdi sevgi ocağı
,
Gözümdə
nurlandı sübhün çırağı
.
Nura qərq elədi yolumu günəş
,
Sıxdı bir dost kimi əlimi günəş
.
Aş qazanda qaldı, lavaş tabaqda,
Nələr gözləyirdi məni qabaqda
.
Arzum biləyimdən tutmuşdu
mənim,
Bu dəm batammazdı
mənə bir qənim.
«Qaybalı təpəsi» yaxşı yol dedi,
Xatadan, baladan uzaq ol dedi.
Quşlar başım östə nəümə oxudu,
Fatma nənə göydə
hana toxudu.
Bir də dönüb baxdım kəndin qaşından,
Öpdüm «Malyolu»nun çopur daşından.
Çıxdım «Elyoluna»,
«Cada yoluna»,
Düşdüm diləyimin sadə yoluna,
Üz tutdum niyyətim üz tutan səmtə,
Məni tərk elədi kədər də, qəm də.
Sumqayıt
deyilən məkana gəldim,
Burda dinə gəldim, imana gəldim
Ey könül,
gəl çıxaq seyrə bir anlıq
Düşüb izimizə pislik, yamanlıq
Xırman heşansızdı,
dəyirman dənsiz,
Vətən bizsiz qalıb, biz də vətənsiz.
Nizami ordumuz bir himə bənddi,
Vətənsiz yaşamaq bizə
töhmətdi.
İgidlər dolansın meydanda
şir tək,
Nərədən dayansın min xain ürək.
Bizə
qoşulmasın hər yoldan ötən,
Düşmən tapdağından sovuşsun
Vətən.
Qılınclar
oynasın göydə
şimşək tək,
Qorxub qayalara qısılsın
külək,
Kəsməsin yolları nə duman,
nə çən,
Yağılar kar olsun təbil səsindən.
Düşmənin qanından bir göl yaransın,
Elə bu məqamda yarı yar ansın.
Bir göz qırpımında
hücuma keçək,
Düşmənin qanından ovucla içək.
Ulu Zəngəzuru alaq əllərdən,
Yığışsın
evinə qaçqın çöllərdən.
Qaytaraq
Laçını öz sahibinə,
Verək Kəlbəcəri saz sahibinə.
Qayıtsın Qubadlı, Humayqayası,
Qurtarsın elimin
kədəri, yası.
Qalmasın yurdumda düşmənin
tozu,
Bu il
faraş gəlsin
Şuşanın yazı.
Biz Cıdır düzündə
cıdıra çıxaq,
Ordan Xankəndinə doyunca baxaq.
Zəngilan
torpağı suya çəkilsin,
Ağdamda solmayan güllər
əkilsin.
Füzuli babamın
ruhu şad olsun,
Cəbrayıl
elində toy-büsat olsun!
Çağır o
çağları, çağır ey
könül,
İtməsin
saldığın cığır, ey könül.
Çağır «Yeddinovlu»
hay versin sənə,
Suyundan
bir qurtum pay versin sənə.
Çağır «Qızılqaya»kürəyindədir,
Elin məhəbbəti ürəyindədir.
Çağır orda qəmim, sevincim qalıb,
Uşaqlıq deyilən bir incim qalıb.
Hanı uşaqlığın şirin çağları,
Soldu gəncliyimin yaşıl tağları.
Hanı hay-harayı obanın, elin?
Hanı şux bülbülü o solan gülün.
Qocalıq ovutdu,
könlümü aldı,
Sonra da qolunu boynuma saldı.
Hanı yamacların buz bulaqları,
Hanı kəndimizin meyvə
bağları!
Hanı «Arpatəpə»,
bir yanı yoxdu,
«Lələdağ»məhv olur, yananı yoxdu.
Solub kəndimizin gözəl bənizi,
Üstünü bürüyüb kədər dənizi
Çağır o yerlərin dəlisiyəm mən,
Körpə
göbələyin ölüsüyəm mən.
İlk dəfə mən orda iməkləmişəm,
Orda dil açmışam, Vətən demişəm.
Dağların
küləyi darağım olub,
Ayı, ulduzları çırağım olub.
Orda sevincimi qızla bölmüşəm,
Güllərin içində vəcdə gəlmişəm.
Ağbaldır
yemliyi duzla ovmuşam.
Çağır, «Şükürbəyli»
yadıma düşür,
Ordan ceyran keçir, durna ötüşür.
Çağır «Ağbulağı»,
çağır
«Şırranı»,
Xəyalım dolanır dağı, aranı.
Hanı at ilxısı, dəvə qatarı,
Hanı Fatma xala, Xanxanım qarı.
Hanı alaçığın sərin nəmisi,
Hanı kənd yerinin sütül zəmisi.
Biçib dərələrdə sütül ütərdik,
Qoruqçu görəndə gözdən itərdik.
Quzqulaq
üzərdik biz gəzə-gəzə,
Hərdən pencər çatıb köməyimizə.
Hanı «Arazdibək», hanı
«Ağyazı»,
Dərin düşünmüşəm bir vaxt dayazı.
Təpəni dağ edib, selavı dərə,
Misi oxşatmışam lələ, gövhərə.
Zirvəyə çatmağı asan bilmişəm,
Bəzən nakəsləri insan bilmişəm.
Duya bilməmişəm yaxşını, pisi,
Çəməndə gülləri seçəmməmişəm,
Keçməli yerləri keçəmməmişəm.
Bir iz qoymamışam
sonra qalana,
Uymuşam hər yersiz zurna çalana.
Eh…yenə
mətləbdən uzağa düşdüm
Gör harda soyuğa, saza düşdüm,
Mərcanı görəndə götürməmişəm,
İtməli olanı itirməmişəm.
Çağır o çağları çağır,
ey könül,
İtməsin saldığım cığır, ey könül,
Xatirə
həm şirin, həm də acıdır,
Xatirə
könlümün qızıl tacıdır.
Kəndimiz dünyada ən gözəl yerdir,
Adını yaşatmaq böyük hünərdir.
Çağır, kəndimizi hay versin sənə,
İncidən, mərcandan pay versin sənə,
Əvəz, sən keçəndə o gözəl yerdən,
Götürə
bilmədin ləldən, gövhərdən.
İndi sən mənaya, sözə möhtacsan,
Yoxuşda qalmısan düzə
möhtacsan…
Gəlmədin
Yollara baxmaqdan
gözüm yoruldu,
Ülkər doğdu, dan söküldü, gəlmədin.
Kimlər nəzər saldı,
qarğadı bizə,
Torpağıma qan töküldü,
gəlmədin.
Ömür keçdi, yaş qarıdı, əl əsdi,
Gülşənimə afat adlı yel əsdi.
Dəli könlüm görüşünə tələsdi,
Saç ağardı, bel büküldü, gəlmədin.
Gözüm nurdan düşdü,
dizim taqətdən
Bir əsər qalmadı o məhəbbətdən,
Qurtara bilmədim dərddən,
möhnətdən,
Ürəyimə dağ çəkildi,
gəlmədin.
Yağı düşmən yurdumuza yeridi,
Qara bulud üstümüzü bürüdü.
Əvəz, canın qürbət eldə çürüdü,
Gorgahında turp əkildi,
gəlmədin.
Essuntuki
27.09.2007
Dağa mən
İki qəlbin vüsalından yarandım,
Göz açanda çağırıldım
çağa mən.
Bələklərin qucağına atıldım,
Gündə
üç yol bükələndim ağa mən.
Yaman günlər çox uzaqdır,
çox uzaq,
Böyümüşəm alnı açıq, üzü ağ.
Bol meyvəli, ağacları min budaq
Bir bağbanam xəzan görməz bağa mən.
Ürəyimdə
yer vermərəm yetənə,
Baş əymərəm hər yanımdan ötənə.
Əvəz deyir,
canım qurban Vətənə,
Kürəyimi söykəmişəm dağa mən.
1975
Göndər
Qardaş, o yerlərin gül-çiçəyindən,
Mənə şehli-şehli dəstələ, göndər.
Arzubulağım
zümzüməsiylə,
Quşların
səsiylə bəstələ, göndər.
Bənövşə
boynunu çöldə
buranda,
Lalələr, nərgizlər məclis quranda.
Çıx Haçagədiyə alatoranda,
Sən vaxtı,
vədəni üstələ, göndər.
Olmaz bizim elin payız toyundan,
Olmaz Çınqıllının bumbuz suyundan.
Bir az dələmə tut yerli qoyundan,
Bacar nə göndərsən şəst ilə göndər.
Çoxdandır
yemirəm dağ göbələyi,
Torpağın
qabarı ağ göbələyi.
Dan üzü tərpənib yığ göbələyi,
Əvəzi istəyən dost ilə göndər.
1976
Yadıma sən düşürsən
Dağ çayları daşanda,
Yadıma sən düşürsən.
Sular pıçıldaşanda
,
Yadıma sən düşürsən.
Duman yaldan aşanda,
Bülbül nəğmə qoşanda,
Kəklik qaqqıldaşanda,
Yadıma sən düşürsən.
Çöldə
ceyran qaçanda,
Dağda qartal uçanda,
Bağçada gül açanda,
Yadıma sən düşürsən.
Buludlar
ağlayanda,
Sel suyu çağlayanda,
Tər çiçək bağlayanda,
Yadıma sən düşürsən.
Yaşıl otlar bitəndə,
Quşlar dil-dil ötəndə,
Xoş arzuma yetəndə,
Yadıma sən düşürsən.
Güleyşə
nar dəyəndə,
Budaqları
əyəndə,
Azərbaycan deyəndə
Yadıma sən düşürsən.
Başlayanda
bir işə,
Tələsəndə görüşə,
Harda olsam həmişə
Yadıma sən düşürsən.
1976
Yaddan çıxmır o çağlarım
Dostum, şair təbiətli Ömürşah müəllimə
Gecə
yuxum elə dönür,
Gəzir dağı,
daşı,
qardaş.
Xeyli vaxtdır selə
dönür,
Gözlərimin yaşı,
qardaş.
Yaddan çıxmır o çağlarım,
Çeşmələrim, bulaqlarım.
Söndü nurlu çıraqlarım,
Qaldı məzar daşı, qardaş.
Damağıma
dad verərdi,
Ürəyimə
od verərdi.
Mənə qol-qanad verərdi,
Arxaların
aşı,
qardaş.
Mərdlik etmək mərd işidir,
Pislik namərd vərdişidir.
Gərdiş biclik gərdişidir,
Mərd adını daşı, qardaş.
Kor qalardı Balayanı,
Aralığa saldı qanı.
Əvəz kimi bir insanı,
Məhv elədi naşı, qardaş.
1980
İstək
Ana kəndim,
dağ havası,
buz bulaqlar,
yaşıl düzlər,
gen dərələr,
uca dağlar.
Zirvəsinə əl çatmayan
Dünya görmüş qoca dağlar!
Gücüm çata
Bir sənətkar qüdrətiylə baxam sizə,
Buludlarda yağış olub
Narın-narın yağam sizə.
Bir də ellər qınamaya
Cığır olub çıxam sizə.
Başım üstə
Karvan-karvan duman keçə,
sis ələnə
Çiçəklərə şeh çilənə.
Yalboyunca cərgələnə
Qoyun, quzu sürüləri,
Qayalıqda nəğmə deyə ana kəklik,
Kaş o dəmdə
Ürəyimdən keçənləri qana kəklik.
Qulağımda ciliklənə
Bildirçinin qırıq səsi.
Şirin-şirin layla çala
Dağ çayının zümzüməsi.
Bax beləcə ötə aylar,
ötə illər.
Ürəyimdə baş qaldıra
yeni-yeni həyat eşqi,
Qönçələnə təzə güllər.
O gülləri nəsil-nəsil
dərə ellər.
Комментарии
Отправить комментарий