NEYLƏDİN?


               NEYLƏDİN?

Sındırdın könlümü, ay zalım qızı,
Vurdun ürəyimə yara, neylədin?
Kəsdi qapımızı, ömrün payızı
Bələdin saçını qara, neylədin?
                 
Bir gün öləcəkdir, bir gün doğulan
Mənəm bu gərdişdə dərdi dağ olan
Haqqın gərdişində haqqı boğulan
Günahı olmayan yara, neylədin?

Yalvardım-yaxardım baxmadın sözə,
Atdıq özümüzü alova-közə,
Gileydən-güzardan qaldı bizə,
Eylədin günümü qara, neylədin?

Keçdi ömür-günüm, keçdi ələmli
Yarandım, yaşadım gözləri nəmli
Köçdü bu dünyadan Əvəz qəmli
Qılmadın dərdinə çara, neylədin?

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri