Anamdır


            Anamdır

Qəlbimin çırağı, gözümün nuru,
Dilimin söhbəti, sözü anamdır.
Nağılım, dastanım, laylam, bayatım,
İlham bulanığımın  gözü anamdır.

Təbibim, loğmanım, dinim, imanım,
Allahım, dərgahım, dərdə dərmanım.
Sevincim, fərəhim, şadım, şadyanım,
Könlümün min telli sazı anamdır.

Laylası məlhəmim, şəfam, şəfqətim,
Varlığı taqətim, gücüm, qüdrətim.
Xəyalım, düşüncəm, arzum, niyyətim
Dünyamın baharı, yazı anamdır.

Necə mehribandır isti qucağı,
Xeyir, bərəkətdir səsi, sorağı.
Əzəldən evimin odu, ojağı,
Sönməyən alovu, gözü anamdır.


Kəsər yastığımın yanını allah,
Məndən əsirgəməz canını, allah
Bababın istəkli gəlini, allah,
Elimin ismətli qızı anamdır.

Eşitsə yel keçib qəfil yanımdan,
Axar məhəbbəti qaynar qanımdan.
Yolumda uf deməz, keçər canından,
Əvəz, həyatımın duzu anamdır.

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri