Elbrus


Elbrus

(İstedadlı operator Elbrus İsmayılova)

Elbrus möhtəşəm, vüqarlı dağdı,
Vüqarlı olasan sən də, Elbrus.
Sinəmdə yurd salan dağ boyda dağdı,
Çatmır harayıma din də, Elbrus!

Yaxşıya yaxşı ol, yamana yaman,
Qisası əvəzsiz qoymayıb zaman.
Allahın nurudur gözündə yanan,
Gözəllik sevirəm mən də, Elbrus!

Əvəz Lələdağı unutma daha,
Gəl sirdaş olmayaq qüssəyə, aha.
Səni tapşırıram qadir Allaha,
Həmişə gedəsən öndə, Elbrus!


18.10.2010


Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri