Gözəl


Gözəl

Haqq-təala xəlq eyləyib
Yaradıb insanı gözəl
Vətənin seyrinə çıx
Gözəldir hər yanı, gözəl
Dağlarda dağ keçisi
Çöllərdə ceyranı gözəl
Arılar zəhmət ilə
Çəkibdilər şanı gözəl
Növcəvan, cilvəli can
Can alan cananı gözəl
Əlini ver əlimə
Gəzək gülüstanı, gözəl
Can deyib, can eşidək
Sürək bu dövranı gözəl
Əcəldən yeyin tərpən,
Özün al bu canı, gözəl!

Qəm nədi, qüssə nədi,
Heç yadına salma, gözəl
Aşiqi-divanəni
Səhralara salma, gözəl
Bir busə vermək ilə,
Qalmaqalı salma, gözəl
Can verən ilahidi
Gəl canımı alma gözəl
Gəlmişəm kandarına
Qarşıla mehmanı, gözəl

Demişəm, bir də deyim,
Əğyarı al-qan eylərəm.
Yolunda uf demərəm,
Canımı qurban eylərəm.
Aşkara olmasa da,
Hər şeyi pünhan eylərəm.
Mən də şair Əvəz kimi,
Sevirəm pünhanı, gözəl!

10.02.2010

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri