Gərəkdi


Gərəkdi


Allah, göydən tökülübmü?
Bu gözəllik, bu mənzərə.
Ləçək-ləçək çiçəkləri
Səpələnib çəmənlərə

gözəldir gül qönçəsi,
Yetişməyib, kaldı hələ.
Bu dünyadan xəbərsizdi
Dili yoxdu, laldı hələ

Min çiçək var bir arşında,
Ləçəklərdən nur tökülür.
Möcüzə var hər daşında
Qayalardan zər tökülür.

Şükür olsun yaradana
Burda hər şey cana gəlir.
Mavi gözlü Maralgölə
Gör qədər sona gəlir.

Bu möcüzə, bu gözəllik
Görənləri heyran edir.
Xallı-xallı kəpənəklər
Həndəvərdə cövlan edir.

Tanrımı qələm çəkib?
Cərgəyə bax, nizama bax
Mələklərmi enib əkib
Sərvidəki bir naza bax.

Ağacların bənizini
Vəsf etməyə söz gərəkdi
Bu ilahi gözəlliyi
Görmək üçün göz gərəkdi.

27.07.2007

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri