Nə lazım


                  lazım

Ağrın alım, elə baxma qıyçağı,
Canıma od salan baxış lazım.
Eşqimin bulağı car olan zaman,
Sənin gülşəninə yağış lazım.

Başını yuxarı qaldır, ay gözəl,
Yanağın lalə tək aldır, ay gözəl.
Yolunu sinəmdən saldır, ay gözəl.
Düzəngah var ikən, yoxuş lazım.

A qaşları hilal, gözləri alma,
Könül bulandırıb sitəmkar olma.
Gəl toza-torpağa meylini salma,
Ayna camalına naxış lazım.

Diləyimiz qanad açsın, ucalaq,
Məhəbbətdən ilham alaq, güc alaq.
Əvəz deyirbir ocaqda qocalaq
Alqış olan yerdə, qarğış lazım.


Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri