Hekaye


Drayzer

 Bir dəfə Kötük dostu Həlimovgilə qonaq gedir. Yeyirlər, içirlər, şirin-şirin söhbət edirlər, gecə qarıyır. Durub yatırlar. Kötük təzəcə çimir eləmişdi ki, görür Həlimov onu çağırır:
-Həlimov, nədən narahatsan?
-Kötük, elə indi yadıma düşdü e, axşam soruşammadım. «Drayzer»i oxumusan?
 Kötük:
-Atana lənət zırrama yiyəsi, ə indi Drayzer oxuyurlar, teleseriallar adama vaxt qoyur. Ə, yat, ə, çərənləmə.
          
                                    Onun inəyi bizim tövlədə qalır.

 Kötük dostu Hülbaxanla midbeyin idi. Bir sürücü, tamam yad adam Hülbaxangilə tez-tez gedib gəlirdi.
 Bir gün Kötük dostundan soruşdu:
-Ə, Hülbaxan, bu Danqazovla təhər qohumsan?
-Ə, bizim heç bir qohumluğumuz yoxdur.
-Ə, bəs Danqazov sizi niyə su yolu edib?
-Ə, heç onun inəyi bizim tövlədə qalır, bu ona görədir.
-Deyirəm axı!

                                                 Özüdü

 Bir dəfə avtobusda basabas olur. Kötüyün qənşərində duran bir qadın:
-A qardaş, dizini bir az o tərəfə qoy!
Kötük irişə-irişə:
-Bacı dizim deyil, özüdü, maşallah de!


                                                Halallıq

 Molla Yetimqulu həmişə insanları düzlüyə, halallığa, halal zəhmətə dəvət edir, cəhənnəm xofu ilə qorxudurdu.
 Bir dəfə Kötük Mollanın hədisinə diqqətlə qulaq asır. Sonra deyir:
-Molla əmi, mənim sualıma cavab ver görüm, üç gün gecə-gündüz  Xınzirəkdə  ot tayasının üstündə yatan, sonra düşüb gecə mal tövləsinin divarını söküb mal çıxarıb gətirən  adamın gətirdiyi  haramdı, ya halaldı?
Molla Yetimqulu bir qədər fikirləşdi:
-O malları gətirəndə səni görən olmasa halaldı. Nöşün ki, sən böyük zəhmət çəkmisən, mal gətirmisən. Ancaq o dünyada cavab verməli olacaqsan?
Kötük bir qədər qabağa yeridi.
-Molla əmi, axı məni heç kim görməyib şahidim yoxdu, bu necə ola bilər?
-Bala, Kötük, o dünyada sənə şahid elə o mallar özləri olacaqlar. Dirənəcəklər üzünə, deyəcəklər bizi sən oğurlamısan?
-Molla əmi, görərəm şuluqdu malları qaytarıb verərəm yiyəsinə, canım qurtarar.

                                               Yaddaş

  Tale Kötüyə bol-bol «fərasət» vermişdi. Yadında heç qalmırdı. Bir gün yolum Kötükgilə düşmüşdü. Həyət qapısı üstündə elan kimi asılmış bir vərəq gördüm, ərinməyib vərəqdəki yazıları oxudum.
1)Sübhdən durarsan, itin yalağına yal tökərsən, iti buraxarsan eşiyə, gözləyərsən yalını yalayıb qurtarar, sonra qatarsan yerinə, qapısının həftəsini vurarsan ki, çıxıb cücələri yeməsin.
2)İti rahatlayandan sonra həyəti silib-süpürərsən, gedib dən gətirib təmiz yerə səpərsən, su qablarını su ilə doldurarsan. Sonra toyuqları buraxarsan.
3)Toyuq-cücə dənlərini yeyib qurtarana qədər durarsan həyətdə quşlar, sərçələr gəlib dəni aparmasın.
4)Bu işlərdən sonra çay qoyarsan, dəmliyərsən, salma çay edib səhər yeməyini yeyərsən.
 Mən getdim, görüşənədək, anan.
Mən eləmədim tənbəllik «yaddaşı» çıxarıb qoydum cibimə, qayıtdım evimizə.
Ertəsi gün nahar vaxtı gəldim Kötükgilə. Gördüm Kötüyün qanı yaman qaradı. Soruşdum olub, dəryada gəmin batıb?
-Gəmim batsa bundan yaxşıydı. Anam yazdığı «yaddaşı» aparıblar. Mən özüm bildiyim kimi elədim. Əvvəl toyuq-cücəni buraxdım, sonra «Şairiki». Bir gördüm həyətdə bir vəlvələ qopdu. Mən çatana qədər «Şarik» beş toyuğu boğdu. İndi bilmədim iti qabaqca içəri qatım, yoxsa toyuqları. Bax beləcə başıma faciə gəlib. Anama  cavab verəcəm, bilmirəm.
Yaddaşı aparanın əli qurusun, dili ağzında yansın, koması başına uçsun, evi yıxılsın, yurdunda it ulasın!
-Ə, qarğış eləmə, yaddaşı aparan bəlkə yaxın adamdı?

                            verirsiniz, verim.

 Bir dəfə Kötük ot biçini vaxtı arabadan yıxılır, yaba qarnını deşir. Yoldaşları görürlər Kötüyün vəziyyəti ağırdır, çarə tapmaq istəyirlər.
 Bir nəfər deyir:
-Ay uşaqlar, hansınızda iynə-sap var? Kötüyün qarnını tikək, çatdıraq xəstəxanaya.
 Heç kimdə iynə-sap olmadığını görən Kötük:
-Məndə iynə var, sap da. verirsiniz, verim.


                                                Ot oğrusu

   Bir vaxtlar kolxoz otunu oğurlamaq dəbdə idi. Bəzi yerlərdə yayda ilan-çəyən bol olan vaxt gecə gedib ot biçib bağlayıb ulağa yükləyib gətirənlər vardı. Kötük sübhün qaranlığında orağı götürüb gedir «Sulu yerə». Otu biçir, bəndəm eşir, qoşa xorum edir bağlayır. Ot qurumamış olduğu üçün gətirib həyətdə bağı açır ki, gün vursun. Bir görür bir gürzə otun içində ölüb. Sən demə Kötük ilanı otla qarışıq bağlayıb. Bəndəmi elə sıxıb ki, ilanın canı orda çıxıb.


                                  Baxın görün o nədi?

 Qədim zamanlarda qara damlar tikəndə damın üstünə orta bacadan torpaq atardılar. Kötük bir dəfə torpaq atırmış, atdığı torpaq bir az ağır olur.
-Ə, Qulu çıx damın üstünə, gör o imiş mənə bir az ağır gəldi.
Qulu çıxır damın üstünə görür , Kötük kirkirə daşının bir tayını qatıb torpağa bacadan atıb damın üstünə. Qulu təəccüblə:
-Bah atonnan, hözü yiyəsi!


                                          2 çömçə yemişəm.

    Bir dəfə Kötük dostlarını xaşa dəvət edir. Kötüyün nəzərdə tutduğundan 2 nəfər artıq gəlir. Xaşı kasalara çəkirlər, qazanda heç qalmır. Kötük əlində kasa bir gələndə arvad onun başına çömçənin arxası ilə iki tutarlı zərbə endirir.
Kötük qonaqların oturduğu otağa gəlir. Qonaqlar:
--Qardaş, bəs sən niyə yemirsən?
Kötük boynunun ardını qaşıya-qaşıya:
--Əziz canınız üçün mən iki çömçə yemişəm. Nuş olsun, siz iştahla yeyin.



                                                 Bas belimə

    Bir dəfə Kötük Çuxuryurd Yaylağına gedir. Çoban dostu ilə görüşür. Gecəni arxacda dostunun yanında gecələməli olur. Gecənin bir vaxtında çən-duman gəlir, sis ələnir, Kötük üşüyür. O çobanı çağırır.
--Ə, gör var, ört üstümə yaman üşüdüm, titrəyirəm, dişim dişimə dəyir.
Çoban  can-can deyib yaxınlaşır ona.
Qardaş, eşşəyin palanından başqa heç yoxdu.
--Ə, adını çəkmə, gətir bas belimə!


                                         Gör kimlərə qoşulub e!

    Bir dəfə Kötük oğlu Mırtığı öz yerinə toya göndərir. Mırtıq toyda yaxşı şənlənir, yeyir bəsdi deyincə içir olur lül-qənbər. Bunlara baxmayaraq bir neçə səviyyəli adamı yığır maşina əylənir sükanın arxasında:
Yolda yol polisi onu saxlayır, hay Kötüyə çatır.
Kötük haya gəlir. Mırtığın «dostların» görüb deyir:
--Boyuna qamış ölçüm, a fərsiz oğlum! Gör kimlərə qosulub e!





                                         Qazaxda da Astara var?

    Bir dəfə Kötük cənub bölgəsinə, dostu Həlimova baş çəkmək fikrinə düşür. Gəlir avtovağzala bileti Astaraya yox, Ağstafa avtobusuna alır. Əylənir. Avtobus yola düşür. Kötük xumarlanıb yatır. Birdən sürücünün səsini eşidir.
--Bu da Ağstafa, düşə bilərsiniz.
Kötük yanındakı sərnişindən soruşur:
--Qardaş, Qazaxda da Astara var? Mən Astaraya getməliyəm axı?

                                      

 

                                                    İt oynadan


    Bir dəfə Kötük canlı yayımla oxuyur rəqs edirdi. Bir nəfər telefon bağlantısı ilə əlaqə saxlayır. Kötüyə minnətdarlığını bildirir ki, belə gözəl məlahətli səsi, çevik rəqs etməyi var.
  Kötük razılıq edir zəng vuranın adını bilmək istəyir.
--Bağışlayın, adınız oldu?
--Kötük qağa, burda mənə it oynadan deyirlər.


                                         Cənnətə gedən yoxdursa

   Bir dəfə Kötük möhkəm içir, sərxoş olur. Bunu belə görən Molla Yetimqulu onu cəzalandırmaq üçün onun şalvarın aşağı saldırır deyir:
--Kim cənnətə getmək istəyir Kötüyün yumşaq yerinə bir şallaq vursun.
   Bir neçə adam Molla Yetimqulunun göstərişi ilə Kötüyün yumşaq yerini şallaqlayırlar. Kötük görür ta vuran yoxdur,deyir:
--Cənnətə getmək istəyən yoxdursa, cənnətin qapısını bağlayıram.
                                        

                                            İt dözmədi

   Bir dəfə Kötüyün balaca oğlu Mırtıq bir avçarka küçüyü alıb gətirmişdi. Küçüyü görən kimi Kötük mindi cin atına, hövsələdən çıxdı:
--Bu nədir, həyət-bacanı mundarlayacaq aparın azdırın!
   Lakin Mırtıq dədəsinin sözlərinə məhəl qoymadan itə canıdildən qulluq edirdi. Kötüyün isə dişi bağırsağını kəsirdi, fürsət axtarırdı iti aradan götürsün. Bir gün Mırtıq evdə olmayanda Kötük itin başına bir tutarlı təpik vurur. Bundan sonra itin kefi pozulur, yeməkdən qalır. Bir səhər Mırtıq görür ki, iti can verir. Əlin əlinə vurur:
--Bah atonnan, dədəmin ciddi rejiminə it dözmədi!






                                               Hazırcavab Həsən

   Həsənin bir cüt dünya gözəli qızı vardı. Qızlar o qədər gözəl, yaraşıqlı, qabiliyyətli, can alan idilər ki, ərgən oğlanlar onları görəndə şirin yuxuları perik düşürdü.
   Həsənin evi yolun altında idi. Kötük burdan keçəndə görür qızlar həyət-bacanı silib-süpürür, samovar salırlar. Kötük maşını əyləndirir, başını pəncərədən çıxarıb deyir:
--Ə, Həsən qəşəng güllərin var?
Həsən üzünü ona tərəf tutur:
--Get  cijinə deynən razılıq versin gəlim belə güllərdən sizin üçün əkim.
Kötük pərt olsa da üstün vurmur, aradan çıxır.

                                             Bir zad verim sənə

   Bir hüzür yerində çox hörmətli yoldaşlar bir miz arxasında əylənmişdilər. Birdən Kötük böyürdən çıxır. Onun əynində yaşına uyğun olmayan bir kostyum vardı. Bunu görən Həlimov dedi:
--Ə, Kötük qəşəng kostyumun var?
Kötük dərhal cavab verdi.
--Bir «zad» ver, verim sənə.

                                   «Svoloç»la kəsilən əti  yemərəm.

   Bir dəfə kənddə bir hörmətli adam dünyasını dəyişir. El adətinə görə onun üstündə ehsan vermək üçün üç yaşar cöngəni kəsmək istəyirlər. Lakin cöngə cantaraq olduğu üçün onu yıxmağa heç kimin zoru çatmır. Amma el gücü sel gücü deyiblər. Nər oğlanlar cöngəni yıxırlar. Qəssab Kötük bıçağı onun boğazına çəkəndə deyir:
--Svoloç, burda dur e!
Bunu Molla Yetimqulu eşidir.
Ehsan hazır olanda hamı yeyir. Molla Yetimqulu yemir. Soruşurlar. Sən niyə ehsan yemirsən?
--Svoloçla kəsilən əti mən yeyə bilmərəm,-deyir.




Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri