Təzədən


Təzədən

Əbəs yerə yenə çıxdın qarşıma,
İstəyimi kor eləmə təzədən.
Özün salıb sındırmısan könlümü,
saçıma qar ələmə təzədən.

Baxışların çəpələdi yolumu,
Dönüklüyün buxovladı qolumu.
Yaman gündə soruşmadın halımı,
Ürəyimi yaralama təzədən.

Sərtliyinə tab etmədi ürəyim,
Nahaq yerə paralandı çörəyim.
El-obama söykənibdir kürəyim.
Məni eldən aralama təzədən

Cavanlığım ələk-ələk ələnib,
Könül bağım uralanıb, ələnib,
Hisslərimə payız çəni bələnib,
Əvəz, məni qaralama təzədən.

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri