Nalbənd Gövhər Satır ( Dostum Ağaşərif Nurəliyevə )


Nalbənd Gövhər Satır           
            ( Dostum Ağaşərif Nurəliyevə )

Tale bizi kos eyləyib,
Hara gəldi atır, qardaş,
Toyumuzu yas eyləyib,
Toyu vaya qatır, qardaş.

Nadan bizi dolaşdırır,
Yaman günə yol açdırır,
Sərraf nal-mıx araşdırır,
Nalbənd gövhər satır, qardaş.

Başı boşlar başa keçir,
Atdığım ox daşa keçir,
Bahar çağım qışa keçir,
Yaşım həddə çatır, qardaş.

Haqsızlığı boğmamışıq,
Ömür boyu ağlamışıq.
Başqası tək yığmamışıq,
Altımıza yatır, qardaş.

Dünyamızın öz dərdi var,
Namus-qeyrət bizlərdə var.
Şairlərin yüz dərdi var,
Şair hələ yatır,qardaş.

Əvəz haqqı az aradı,
Bazar kürən bazarıdı.
Azar, sərvət azarıdı,
Haray haya çatır qardaş.

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri