Olmaz


Olmaz

Dedim oğul, bədəsilə calanma,
Onda vəfa olmaz, sədaqət olmaz.
Şöhrət sevən bir nəsilə calanma,
Şöhrətpərətslərdə ləyaqət olmaz.

Bu çağacan olmamışam göz tökən,
Olmamışam el malına göz tikən.
Mənə bəsdir öz qazancım, öz tikəm,
Haram mayalıda ləyanət olmaz.

Əvəz ömür boyu haqqa güvəndi,
Mərdanə danışdı, mərdanə dindi.
Düşüb bir naşının toruna indi,
Naşıda, nakəsdə ədalət olmaz.


Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri