Mənəm, mən


Mənəm, mən

Vətənin dərdini içində çəkən,
Gözləri yollarda qalan mənəm, mən.
Qərib-qürbət eldə yanıb-yaxılan,
Gül kimi saralıb, solan mənəm, mən.

Bu həsrət yükünü çəkə bilmirəm,
Hicran divarını sökə bilmirəm.
Vüsal şərbətini ə bilmirəm,
Göylər tək boşalıb-dolan mənəm, mən!

Xanımanım yad əliylə dağıldı,
Qalaq-qalaq qəm üstümə yığıldı.
Körpə balam bələyində boğuldu,
Yağılardan zərbə alan mənəm, mən.

Qələbəni çatdırmasam sona mən,
Qılıncımı qoyammaram qına mən.
Qarı düşmən göstərəcəm sana mən,
Bilki, sənə qənim olan mənəm, mən.

Kənd üçün göynəyir burnumun ucu,
Görən Lələdağın nə idi suçu.
Yığılın başıma ay ana, bacı,
Ev-eşiyi, yurdu talan mənəm, mən.

1988

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri