Bilmirəm


          Bilmirəm

Eşqin odu yerli-dibli sönübdü,
Bir gülüm, yanar, yanmaz bilmirəm.
Məhəbbətin üzü bizdən dönübdü,
Bizə sarı dönər,  dönməz bilmirəm.

Ürəyimin qalmayıbdır təpəri,
Cavanlığın yönü düşməz ta bəri.
Mən çoxdan əl eyləyir o pəri,
O, dərdimi qanar, qanmaz bilmirəm.

Çox sahədə açılmayıb hələ sirr,
Bel bükülüb, diş tökülüb, əl əsir.
Yazıq Əvəz  o zirvəyə tələsir,
Qarlı dağda donar, donmaz bilmirəm.

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri