Sınaram, gülüm


Sınaram, gülüm

Yenə daş atmısan yuxuma, gülüm,
Yenə çökdürmüsən zil qaranlığı.
Könlümün evini gəl yıxma, gülüm,
Salıb çilikləmə mehribanlığı.

Sənin baxışının kədərli dəmi
Hicran gölgəsini üstümə salır.
Alma gözlərində görəndə qəmi,
Qəm özü şığıyıb üstümü alır.

Əzəldən od kimi hisslərin olub,
Niyə hərarətin buzlaşır, niyə.
Məhəbbət atəşi günəşdən alıb,
Sənin haqqın varmı buza dönməyə?!

Eşqimin odunu səndən almışam,
Kərəm tək yolunda yanaram, gülüm.
Ömrün payızdır, kövrək olmuşam,
Məni silkələmə, sınaram, gülüm.


Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri