Bənövşə
Bənövşə
Səninlə həmişə həmdəm olmuşam,
Məst edən ətirin hanı,
bənövşə?
Bəlkə üzün dönüb, məndən küsmüsən,
Köhnə sirdaşını tanı,
bənövşə.
Bu qoca dağların
həyalı qızı,
Gəl yenə birlikdə
keçirək yazı.
Sənsiz kökdən düşər könlümün sazı,
Səndədir eşqimin canı, bənövşə.
Vətən intizardı, mən də nigaran,
Nə loğman tapılır, nə dərdə dərman.
Ürkək baxışına olsam da heyran,
Xəstədir yurdumun yanı,
bənövşə.
Qalıb yad əllərdə Dədə Ələsgər,
Boylanır yollara hər axşam-səhər.
İstəməzdim sənə deyim bəd xəbər,
Töküldü ərlərin qanı, bənövşə.
Boynunu bükübdü sən tək Əvəz də,
Marallar gədikdə, ceyranlar
düzdə.
Bir gün daşdanarıq
Vətənə biz də,
Yetişər həsrətin sonu,
bənövşə.
15.04.2007
Комментарии
Отправить комментарий