Bahar
Bahar
Gəlişin duyulur, a nazlı bahar,
Gəl oxşa çölləri xoş nəfəsinlə.
Axsın dodağından şirin laylalar,
Oyansın təbiət həzin səsinlə,
Gəl oxşa çölləri xoş nəfəsinlə.
Sənin gəlişində nə təmtəraq var,
Gəl çapsın atını dəli dağ seli.
Gəl, mənim sevimli gəncliyim, bahar,
Gəl bəzə yenidən çəməni, çölü,
Gəl çapsın atını dəli dağ seli.
Gəl açsın qönçələr bahar çiçəyi,
Ötsün budaq-budaq bağçada quşlar
Bizi darıxdırır qışın köynəyi,
Gəl, dağlar geyinsin yamyaşıl paltar,
Ötsün budaq-budaq bağçada quşlar.
Gəl ki, gülüşündən şəkər süzülsün,
Gəl salxım söyüdlər göyərsin yenə
Gəl pişvazına güllər düzülsün.
Hər canlı könlünü bağlamış sənə,
Gəl salxım söyüdlər göyərsin yenə.
Bahar, sən gələndə oyanır torpaq,
Dağda şimşək çaxır, göy nərə təpir.
Yerdə ot göyərir, ağacda yarpaq.
Duman göy otlara mirvari səpir,
Dağda şimşək çaxır, göy nərə təpir.
Səmada cərgəylə
buludlar axır,
Elə
bil sahildən buz qopub
gedir.
Torpağın üstünə
yeni gül çıxır,
Çən-duman
dağları bir də sehr edir,
Elə
bil sahildən buz qopub
gedir.
Üfiqdən aramla boylanır
günəş,
Yasəmən oynayır,
nərgiz əl
çalır.
Lalənin yanağı atəşdir,
atəş,
Könül bu
hikmətdən min ilham
alır,
Yasəmən oynayır,
nərgiz əl
çalır.
2009
Комментарии
Отправить комментарий