Əsrin fenomeni



Əsrin fenomeni


Mən Ulu öndərlə iki dəfə şəxsən görüşmüşəm. əllimlərin XI qurultayında, bir də    1996- ildə Aqil Əliyevin 70 illik yubileyində. Mən özümü xoşbəxt hesab edirəm ki, Ulu öndərin müasiri olmuşam, onun barəsində dünyanın görkəmli adamlarının dedikləri sözləri eşitmişəm.
Hərdən oturub fikirləşirəm. Böyük düha, nurlu zəka, müdrik ağsaqqal olan Heydər Əliyevi nədir belə əlçatmaz edən?
Bütün gizli təlimlərdə deyilir ki, insanın ali vəzifəsi kamilləşməkdir. Hər sahəni kamil bilən adam maqdır, yoqadır, daha dəqiqi desək, filosofdur. İnsan kosmoqoniyası ilə məşğul olanlar, filosoflar, dahi şəxsiyyətlər üçün xüsusi kriteriyalar əsas götürülür. İndi görən bu kriteriyalar Ulu öndər Heydər Əliyevdə necə gerçəkləşmişdi. İntizamlılıq, çalışqanlıq, dözümlülük, ədalətlilik, əməksevərlik onun xarakterik xüsusiyyətlərindən idi. O, möhkəm intizamı sevirdi.
Ulu öndər Heydər Əliyev əmin idi ki, intizam olmayan yerdə anarxiya höküm sürər. Anarxiyanı, intizamsızlığı biz 1990-91-92-ci illərdə görmüşük, hadisələrin canlı şahidi olmuşuq. Dəstəbazların, qanunu pozanların, qanunsuz silah saxlayanların başımıza gətirdikləri bəlanın ağrısını hələ də çəkirik. Özbaşınalıq həm orduda, həm küçədə, həm də məhəllələrdə baş alıb gedirdi. İndiki siyasi sabitlik, sakitlik, intizamın möhkəmlənməsi bizi anarxiyadan xilas etdi. Bu, Ulu öndər Heydər Əliyevin qətiyyəti sayəsində həyata keçdi. O, qətiyyətli idi. Ən çətin anlarda, qorxulu məqamlarda qətiyyət göstərirdi. Atdığı hər addım təcrübə və məntiqə əsaslanırdı.
Ümummilli lider Heydər Əliyevdə güclü müşahidə qabiliyyəti vardı. Bəzən başqaları üçün xırda, əhəmiyyətsiz sayılan məqamlar onun gözündən yayınmırdı. İntuisiya və fəhm müdriklərə xas olan ən gözəl xüsusiyyətdir. Daxili inam və fəhm ən böyük siyasətçiləri heyran qoyan addım atmaqda ona kömək edirdi.
Çox gözəl təhlil etmə qabiliyyəti vardı. Hər hansı bir tamaşaya baxandan sonra onu elə samballı təhlil edirdi ki, heç bir ədəbiyyatşünas, teatrşünas onun kimi təhlil edə bilməzdi. Ulu öndər Heydər Əliyev əsərə tamaşa etdikdən sonra çıxardığı nəticələr, baş verə biləcək qərarların qarşısını əvvəlcədən alma, hadisələri düzgün istiqamətləndirmək bacarığı məni heyran edirdi.
Adaptasiya. Hansı mühitə düşürdüsə ətrafdakılarla xoş münasibət yaratmağı bacarır, dil tapır, müdriklə müdrik, kiçiklə kiçik rəftar edir, hamının yerini bilirdi. Diplomatiyada həmişə uğur qazanırdı. Təkcə onu demək kifayətdir ki, dünya diplomatları, XX əsrin ən böyük şəxsiyyətləri, siyasi xadimləri Heydər Əliyev diplomatiyasına heyran olurdular. Yadımdadır, Türkiyə Respublikasının bütün  dünyada məşhur olan «Nərgiz» TV kanalının keçirdiyi rəy sorğusu nəticəsində toplanan 59413 səslə ilin ən görkəmli siyasətçisi, diplomatı adına Ulu öndər Heydər Əliyev layiq görüldü. Daxili mədəniyyəti yüksək idi. Əsl azərbaycanlı kişisinə xas olan ağayanalığı beynəlxalq etik qaydalarının incəliklərini dərindən bilməsi onu başqalarından əsaslı surətdə fərqləndirirdi. Maneraları da olduqca təbii idi.
Özünə nəzarət. Ən çətin anlarda özünü itirmirdi. Hiss və həyacanları daxilində boğmağı bacarırdı. Məqsədinə nail olmaq üçün dünyanın bütün sirlərinə vaqif olan dörd şeyə-hikmət, ağıl, təmkin və ədalətə arxalanırdı. Möhkəm yaddaş sahibi idi. Demək olar ki, gördüyünü, oxuduğunu, hadisələri olduğu kimi yadında saxlaya bilirdi.
1993- il sentyabr ayında Ulu öndər  Heydər Əliyevə açıq məktub və bir də bir şer yazıb göndərmişdim. Yazı 1993- il oktyabr ayının 14-də «Yeni Azərbaycan» qəzetində dərc edilmişdi. 10 dekabr 1996- ildə Aqil Əliyevin 70 illik yubileyində həmin şeri oxudum. Ulu öndər Heydər Əliyev məni çağırdı, əl tutduq və dedi:
- Təşəkkür edirəm, mən bu şeri çoxdan oxumuşam. Mən valeh oldum.
əllimlərin XI qurultayında 200 nəfər şura üzvünün siyahısı oxundu qurtardı. O, qalxdı və dedi:- Mənə aydın olmadı, nazirlərin bu işlə nə əlaqəsi, Babaxan Muradovun adı çəkilmədi.
Qədim tarixə malik olan gözəl adət-ənənələrimizi, milli-mənəvi dəyərlərimizi dərindən bilməsi də təqdirəlayiq idi. Baxışları, nitqi yalan danışa bilməzdi. Ulu öndər Heydər Əliyevin bir vətəni var - Azərbaycan! Onun dediklərini poeziya sığalına gətirsəm:

Hara getsəm,
Harda olsam,
Əl çatmayan, ün yetməyən
Bir qalada,
Darda olsam
Sənsən canım,
Mənim Azərbaycanım-deyirdi.

Müdrik el ağsaqqalı idi. O, Vətənini, torpağını sağlam ehtirasla sevdiyi  kimi, millətini də, dilini də, dinini də ürəkdən sevirdi. «Ölsəm, xalqımla birlikdə öləcəm, yaşasam, xalqımla birlikdə yaşayacağam» deyirdi.
Heydər Əliyev bəşəriyyətin mənəvi fikir həyatı, real və ideal yaşayış arzuları ilə bağlı olan bir müdrik rəhbər, bəşəriyyətə nicat yolu göstərməyə qadir olan bir sərkərdə idi. O, qəlbində yaşatdığı arzularla, canlandırdığı gözəl, xoşbəxt gələcəyə inamla nəfəs alırdı:
Tarixi şəxsiyyət, dünya şöhrətli siyasətçi, siyasi dövlət xadimi, Müstəqil Azərbaycan dövlətinin banisi, memarı, qurucusu, dövlətçiliyimizin möhkəmlənməsində misilsiz xidmətləri olan, kamil insan, dahi rəhbər, ümummilli lider Heydər Əliyev 20-ci yüzillikdə Ulu Tanrının bizə, millətimizə, xalqımıza göndərdiyi nur idi. O nur qaranlıqları nurlandırır, xalqımızı daha parlaq gələcəyə aparırdı.
Ulu öndər Heydər Əliyev dahi şəxsiyyət, müdrik rəhbər, qeyri-adi qüdrət sahibi olduğuna görə, qarşısına qoyduğu ali məqsəd xalqına, millətinə, Vətəninə yüksək səviyyədə, sədaqətlə xidmət etmək, millətinin imzasını dünya xalqlarının imzaları sıralarında önə çıxarmaqdan ibarət olub. Ümummilli liderimiz Heydər Əliyev hansı xarici ölkələrə-Hindistan, Pakistan, Vyetnam, Çin, Ərəbistan, Yuqoslaviya, Mozanbik, Anqola, Macarıstan, Meksika, Rusiya, Ukrayna, Belarusiya və s. kimi böyük ölkələrə rəsmi səfərlərdə yüksək səviyyəli dövlət xadimləri, ölkə rəhbərləri ilə görüşlər keçirməklə, vaxt tapıb həmin ölkələrdə yaşayan azərbaycanlılarla da təmasda olur, onların prloblemləri ilə maraqlanır və harda yaşamalarından, işləmələrindən asılı olmayaraq azərbaycanlı olmalarını unutmamağı tövsiyə edirdi.
Açığın deyim ki, sayı 50 milyona çatan azərbaycanlılar XX əsrin sonlarına qədər heç vaxt bir-biriylə həmrəylik nümayişi etdirməmiş, lobbiləşə, təşkilatlana bilməmiş, ayrı-ayrı ölkələrdə kortəbii fəaliyyət göstərən Azərbaycan icmalarının fəaliyyəti əlaqələndirilməmişdir. Buna görə də ümummilli liderimizin uzaqgörənliyi dünya azərbaycanlılarının bir araya gəlməsi, həmrəylik nümayiş etdirmələri adicə aksiya olmayıb, həm də zaman-zaman bu xalqın üzləşdiyi faciələrdən ibrət dərsi götürmək, vahid milli ideologiyaya sədaqət nümayiş etdirmək baxımından çox əhəmiyyətlidir. Dünya azərbaycanlılarını həmrəyliyə çağırmaq, onların azərbaycanlı olmalarını bir daha yaddaşlara həkk eləmək böyük cəsarət tələb edirdi.
Ulu öndər Heydər Əliyev bu arzusuna da çatdı. Bu gün inamla demək olar ki, böyük rəhbərin müdrikliyi və uzaqgörənliyi sayəsində Avropa, Asiya, Amerika, Avstraliya və başqa ölkələrdə yaşayan azərbaycanlılar  özlərinin qüdrətli icmalarını, birliklərini yaradaraq bir-birilə həmrəylik nümayiş etdirir, adət-ənənlərinin, dilimizin, dinimizin, mənəvi-əxlaqi dəyərlərimizin qorunması istiqamətində birlikdə fəaliyyət göstərirlər. Ümummilli liderimiz Heydər Əliyev özünün bütün fəaliyyəti boyu, yaxın-uzaq səfərləri zamanı daim çalışırdı ki, taleyin hökmü ilə qismətinə qürbətdə yaşamaq düşmüş soydaşlarımızı bir araya gətirsin, onlardakı vətənpərvərlik duyğularını alovlandırmaqla hər biri öz tarixini, vətənini, Azərbaycanı sevsin, onunla fəxr etsin.
31 dekabr dünya azərbaycanlılarının həmrəylik günü bayram kimi təqvimə düşdü.
Təsadüfi deyil ki, «Dünya azərbaycanlılarının birinci qurultayı» da Bakıda təşkil olundu. Bu o demək idi ki, dünya azərbaycanlıları azərbaycanlı olduqlarını unutmasınlar və Azərbaycanın qayğısına qalsınlar, problemlərinin həll olunmasında yaxşı iştirak etsinlər. Heydər Əliyevin atdığı bu cəsarətli addım da öz səmərəsini verdi. İndi fəxr ilə demək olar ki, bütün dünyada yaşayan azərbaycanlılar Azərbaycanı bir an belə unutmurlar. Bütün ölkələrdə yaşayan azərbaycanlıların birliyi, cəmiyyətləri yaranıb və onlar da Müstəqil Respublikanın möhkəmlənməsinə, ona qarşı uzanan xain əllərin qarşısının alınmasına sinə gərirlər. Bütün bu keyfiyyətlərinə görə dünyanın görkəmli şəxsiyyətləri, dövlət başçıları Ulu öndər haqqında dəyərli sözlər demişlər:
1) Qardaşım Heydər Əliyevin dövlət adamı kimi xüsusiyyətləri, istedadlı təjrübəsi Azərbayjanda demokratikləşmə prosesinin sürətlənməsində, bu ölkənin dünya birliyi ilə sıx inteqrasiyasına çox böyük kömək etmişdir.

Süleyman DƏMİRƏL,
Türkiyə Respublikasının Prezidenti.


2) Hörmətli Əliyev baxışlarına təkliflərinə böyük əhəmiyyət verdiyimiz bir liderdir. Onun istər Qafqaz məsələlərinə, istərsə regiondakı digər məsələlərə verdiyi qiyməti öyrənməkdən məmnun olacağam.

Məsud YILMAZ,
Türkiyə Respublikasının Baş naziri.

3) Zaqafqaziyada cərəyan edən hadisələri diqqətlə izləyirəm. Azərbayjanın dövlət müstəqilliyini suverenliyini qoruyub saxlamaq üçün Prezident Heydər Əliyevin apardığı qətiyyətli  cəsarətli siyasəti  yüksək qiymətləndirirəm xüsusi vurğulamaq istəyirəm ki, NATO-da Heydər Əliyevin şəxsiyyətinə böyük maraq dərin hörmət var.

Xavyer SOLANA,
NATO-nun Baş katibi.

4) Sizin kimi insanlar bütün həyatını ölkəyə, xalqa rəhbərliyə həsr ediblər. Onlar azadlığın olduğunu, buna yetməyin necə çətin olduğunu gözəl bilirlər.
Federiko MAYOR
YUNESKO-nun Baş direktoru.

            5) Sizin mənalı ömür yolunuz görkəmli şəxsiyyət olmağınız İsrail xalqına yaxşı məlumdur onlar Sizinlə görüşü çox arzulayırlar.
           
Benyamin Netanyahu,
İsrail Dövlətinin Baş naziri.

            6) Siz Sovetlər Birliyində ən böyük vəzifələrdə çalışanda mən Sizinlə fəxr edirdim. Sizin hər bir müvəffəqiyyətinizə qəlbən sevinirdim. Yaxşı bilirəm ki, Siz Sovetlər Birliyinin rəhbərlərindən biri olan ilk müsəlman idiniz. Mən bu gün Sizi  ən yaxın dostum hesab edirəm.

Hafiz ƏSƏD,
Suriya Respublikasının Prezidenti.

            7) Fəxr edirəm ki, Azərbaycan Respublikasının başçısı dünya şöhrətli, adlı-sanlı siyasətçi olan Heydər Əliyev mənim qardaşım, mənim dostumdur.
            Xəzər neftinin Avropaya nəqli Qafqaz xalqlarına böyük xoşbəxtlik gətirəcək burada dostum Heydər Əliyevin xidmətləri böyükdür.

Eduard ŞEVARDNADZE,
Gürcütsan Respublikasının Prezidenti.

            8) Yaroslav Mudrı ordenində belə bir yazı var: «Müdriklik, şərəf-şöhrət». Bu sözləri tam mənası ilə Heydər Əliyevə aid etmək olar. Dövlət başçısı kimi Siz ölkənin inkişafının siyasi iqtisadi məsələlərinin, beynəlxalq problemlərinin həllində müdriklik göstərir. Siz Zafqafqaziya regionunda, Avropa qitəsində dünyada layiqli yer tutan Azərbaycanın şöhrətini öz fəaliyyətinizlə artırırsınız.

Leonid KUÇMAN,
Ukrayna Respublikasının Prezidenti.

            9) Biz Heydər Əliyevlə çoxdan tanışıq, bir-birimizi on illərdir ki, tanıyırıq. Heydər Əliyev Kremldə işləyərkən mən, adətən, onun yanına dəstək almaq üçün gedirdim, çünki o, məndən bir qədər yaşlıdır həmişə ondan dəstək alırdım. Belə düşünürəm ki, Azərbayjan xalqı keçirilmiş mərhələyə baxmayaraq, Heydər Əliyevi dövlətə başçılıq etməyə çağırmaqla düzgün hərəkət etmişdir.

Nursultan NAZARBƏYOV,
Qazaxıstan Respublikasının Prezidenti.

            10) Hər dəfə Sizin çıxışınız məni bir çox xüsusiyyətləri ilə valeh edir. Düşünürəm-tarixi hadisələri bu qədər dəqiq xatırlamaq olarmı?! Ən başlıcası-Sizin fikriniz ilk sözlərdən başlayıb son nəticəsinə qədər məntiqlidir. Siz öz fikirlərinizi çox dəqiq ardıjıl ifadə edirsiniz.
            Demək istəyirəm ki, həqiqətən Siz bütün çətinliklərdən, ən ağır sınaqlardan keçməyi bacaran rəhbərlərdənsiniz, ona görə demək istəyirəm ki, belə rəhbəri olan xalq xoşbəxtdir.

İslam KƏRİMOV,
Özbəkistan Respublikasının Prezidenti.



Biz respublikanın ən dönüşlü, məsuliyyətli dövründə Azərbaycan ümummilli lider Heydər Əliyevin çoxşaxəli fəaliyyətini yalnız ştirixlərlə verə bildik. Onu tam şəkildə təsvir etmək qeyri-mümkündür, çünki bunun üçün nəhəng tablo, lövhə, rəssəmlıq əsəri lazımdır. Liderin özünün həyatı kimi. Xarakterində karizmatik keyfiyyətlər, yüksək intelektuallıqla, insaniyyətliklə, cazibədarlıqla uyuşan dünya miqyaslı dövlət xadiminin, nadir şəxsiyyətin fonomeni belədir.
Liderin, insanın, şəxsiyyətin, atanın bu obrazı dünya ictimaiyyətinin gözündə çoxdan etimad qazanmışdır.



Əvəz Mahmud Lələdağ



Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri