Bir gün


              Bir gün

Özgənin oduyla alışan kəslər,
Özgə soyuğunda donacaq bir gün.
İnanma nakəsin yağlı dilinə,
Əhdini, andını danacaq bir gün.

Tamahdan kasad ol, zəlil olunca,
Sinəni tuşlama nahaq qılınca.
Qaçma hər atılan daşın dalınca,
Su səhəngi suda sınacaq bir gün.

Aqillər səsimə səs versin barı,
Tamah taxdan salıb qızıl tacları.
Dünyada qalacaq dünyanın varı,
Səni yandıranlar yanacaq bir gün.

Əvəz, gözü-könlü tox olmusan sən,
Yadların gözünə ox olmusan sən.
Arif məclisində çox olmusan sən,
Qanmaza qoşulma, qanacaq, bir gün.

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri