Oldu


                    Oldu
                                   Dədə Ələsgərə

Zəndin itiymiş, ay dədə, sənin,
Göyçə başdan-başa sən deyən oldu.
Düz sözün hədəfə dəyəndə sənin,
Səndən küsən oldu, inciyən oldu.

Alındıq araya üzük qaşı tək,
Nadanlar ulaşdı çöl bayquşutək.
Atıldıq ay lələ, sapand daşı tək,
Bizə dar ayaqda el həyan oldu.

Hər daşı əlimlə isinən divar,
Qaldı həyət-bacam, qaldı intizar.
Quldurlar talayıb apardı var,
dindirən oldu, deyən oldu.

El qovuldu, məzar qaldı səhrada,
Göy ağladı, yerdə qopan fəryada.
Dolu qablar qismət oldu xoryada,
Əvəz, sənə qalan boş ləyən oldu.

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri