Olmaz


            Olmaz

Bir işə başlasan, könül tələsmə,
Vədəsiz budaqda bar olmaz,olmaz.
Nadandan incimə, namərddən küsmə,
Qarnını güdəndə ar olmaz, olmaz.

Nizamla dolanır Günəş , Ay da,
Sellər car olmasa bulanmaz çay da.
Şamama tağlanıb yetişər yayda,
Günün qızmarında qar olmaz, olmaz.

Gözəllik görəndə gözünü yumma,
Vəfasız kəslərdən sən vəfa umma,
Üzmək bacarmasan tez suya cumma,
Batarsan kimsədən kar olmaz,olmaz.

Əvəz, dərdin alım çox zilə çəkmə,
Xəzan döyən yerdə gülünü əkmə.
Qeyrətsiz önündə boynunu bükmə,
Gen dünya başına dar olmaz, olmaz.


Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri