Nə qaldı


Nə qaldı

Əkinləri sel apardı,
Bizə nə qaldı, nə qaldı.
Ocaq külün yel apardı,
Közə nə qaldı, nə qaldı.

Qarabağım yandı, getdi,
Gələn baxıb, döndü getdi.
Əyri-üyrü öndə getdi,
Düzə nə qaldı, nə qaldı.

Əvəz, ömür keçir qışa,
Başın dəyib daşdan, daşa.
75-i vurdun başa,
Yüzə nə qaldı, nə qaldı.

Комментарии

Популярные сообщения из этого блога

SƏN MƏNİ SEVMƏDİN MƏN SƏNİ SEVDİM KITABINDAN ŞEİRLƏR

Sumqayıt haqqında şeirlər

«Vağzalı»nı bir də çal