Eyləmə


Eyləmə

Qadir Allah, budu səndən diləyim,
Yaxşını yamana möhtac eyləmə,
Könül sevincinin, toyu, düyünü
Həsrətə, hicrana möhtac eyləmə.

Qəlbimə bəzəkdir elin sevinci,
Yarımçıq kəslərdə küs, inci.
Apar bu dünyadan məni birinci,
Qocaldıb cavana möhtac eyləmə.

Xəbisdən sən vəfa gözləmə belə,
Fürsət tapan kimi quracaq tələ,
Aqili nakəsə, düzü qozbelə,
Əvəzi nadana möhtac eyləmə.

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri