Mübariz İbrahimov
Milli qəhrəman
Mübariz İbrahimovun xatirəsinə
Biri özün ölümə verir,
Yüzü yaşasın deyə.
Biri yüzün ölümə verir,
Özü yaşasın deyə.
Özün ölümə verən,
Şir biləkli, qurd ürəkli,
Qorxu bilməz, geri dönməz,
Oğul doğur analar.
İçindəki qorxunu da,
Hələ lap bələkdəcə
Tutub boğur analar.
Mübariz tək mübarizlər,
igid ərlər,
Pərvazlanır yurdumuzda.
Yağıların qabağında məğrur duran,
Düşmənlərə qan udduran,
Baxışından alov yağan,
Qılıncından od tökülən,
Koroğlular, Cavanşirlər,
Gözə
dəyir ordumuzda.
Комментарии
Отправить комментарий