Qızım


Qızım

Sənə söyləməyə vacib sözüm var,
Yadından çıxmasın bu söhbət qızım.
Dünya vəfasızdır gedərəm qalar,
Atadan övlada nəsihət, qızım.

Gileyçil olma ki, sözlərin gəzər,
Mənasız kəlmələr qəlbini üzər.
Ağıllı zəhmətlə aləmi bəzər,
Ağılsız düşünər şan-şöhrət, qızım.

Güləndə qəh-qəh çək, ruhun şad olsun,
Könlünün evində toy-büsat olsun.
Çalış ki, həyatın şən həyat olsun,
Vicdana yaraşmır əziyyət qızım.

Uşağa ana ol, ərinə arxa,
Heç zaman meylini salma boyağa.
Sürtmə gül bənizi toza-torpağa,
Sənə camal verib təbiət, qızım.

Eşqini uca tut, düşər hörmətdən,
Başına bir tac qoy namus-qeyrətdən.
Həyatda görmüşəm çox da,az da mən,
Ancaq olmamışam biqeyrət, qızım.

Əvəzin sözləri qalsın yadında,
Yaxşı söz yadından çıxmaz yadın da,
Kişi xoşxasiyyət görsə qadında,
Ona lazım deyil, var-dövlət, qızım.

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri