Bulaq


              Bulaq
       
Ana təbiətin sərin şərbəti,
Ayrıla bilmirəm buz dodağından.
Səndədir eşqimin gücü, qüdrəti,
Şirindir dodağın qız dodağından.

Gəl kənar eyləmə əmin özündən,
Gözlərim nur alır durna gözündən.
Əyilib öpəndə ayna üzündən
Süzülür qəlbimə söz dodağından.

Ürəkdən vurulub Əvəz hüsnünə,
Tapılmaz dünyada Əvəz hüsnünə.
Öpüb dodağından qoy dönə-dönə,
Qalsın dodağımda iz dodağından.

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri