Adamlar


           Adamlar

Adam var bir dəfə qapımı döysə,
Evimə təbəssüm, gülüş doldurar.
Adam var nəfəsi bağıma dəysə,
Yarpağı saraldar, gülü soldurar.

Adam var söhbəti, sözü təmizdi,
Diləyi gül açır gül qönçəsi tək.
Adam var mayası, südü qəlizdi,
Zəhər kisəsidir ondakı ürək.

Adam var baxışı, üzü çilçıraq,
Ləl, gövhər süzülür gül dodağından.
Adam var sevincdən, gülüşdən uzaq,
Zəhrimar tökülür qaş-qabağından.

Bu necə hikmətdir, ay ana torpaq,
Qoynunda dolanır yaxşı da pis .
Nadanlar, naşılar olsalar uzaq,
Nahaqdan qan axmaz sinən üstə

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri