Ay bulud


Ay  bulud

Ay bulud, ay bulud bir dayan görüm,
Sən hansı yaylaqdan köçüb gəlirsən.
Hicranın əlindən zara gəlmişəm,
Bəlkə şəfa yolu seçib gəlirsən.

Durub seyr edirəm səni bayaqdan,
Bəxtimin ulduzu nurlanıb haqdan.
Bəxtəvər başına, Arzubuluqdan
Əyilib doyunca içib gəlirsən.

Ay bulud, ay bulud bir az nəfəs dər,
Söylə Arxalıdan mənə şad xəbər.
Muştuluq verərəm istəyin qədər,
Desən ki, o dağdan keçib gəlirsən.

Söylə yerindəmi o Sandıqqaya,
Deyirlər Qoçdaşı atıblar çaya.
Savalan eşidib gəlməyib haya,
Sən qəm karvanı çəkib gəlirsən.

Ay bulud, ay bulud məni götür,
Qaldır ulduzların içində itir.
Yazıqdır Əvəzi Ağdüyə yetir,
Desinlər min əzab çəkib gəlirsən.

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri