Azərbaycan özü qədər əbədi
Azərbaycan özü qədər əbədi
Gözümüzü açıb–yumuruq,
illər sürətlə keçir elə bil.
Artıq ulu öndərimizin vəfatından
beş il keçdi.
Beş il bundan əvvəl hər gün çıxışlarına qulaq asdığımız,
tövsiyyələrini eşitdiyimiz, azərbaycançılığı yaşadan, dövlətimizi,
dövlətçiliyimizi möhkəm təməl üzərində
quran ümummilli
liderimiz əbədiyyətə qovuşdu.
Heydər Əliyevin aramızda
olmaması bizi sarsıtsa da, dövlətin etibarlı
əllərdə olması xalqımızı toxtatdı, ruhdan salmadı…
Azərbaycan xalqının,
nəhəng türk dünyasının böyük oğlu,
görkəmli dövlət xadimi,
ümummilli lider, ulu öndər Heydər Əlirza oğlu Əliyevin doğma Azərbaycanımızın
siyasi taleyindəki əvəzsiz, danılmız xidmətləri tarixçilərin,
siyasətçilərin,
yazıçıların, jurnalistlərin,
ziyalıların üz tutduqları,
bu gün, sabah və əsrlər boyu müraciət edəcəkləri həmişəyaşar, əbədi mövzulardan
biridir.
Müasir Azərbaycan dövlətinin xilaskarı, qurucusu və memarı olan dahi şəxsiyyət, bacarıqlı rəhbər, uzaqgörən sərkərdə öz xalqının, millətinin keçmişinə hədsiz məhəbbəti,
gələcəyinə dərin inamı ilə milyonlara örnək olan fədakar, yorulmaq bilməyən, azərbaycançılıq ideyalarını
öz çiyinlərində
gələcəyə daşıyan Vətən oğlu kimi,
torpağa bağlı bir insan kimi yaddaşlarda
yaşayacaq ulu öndər Heydər Əliyev öz xalqını, millətini,
millətin mənəvi dəyərlərini,
milli adət-ənənələrini ürəkdən sevir,
hər bir Azərbaycan vətəndaşının
xoşbəxt həyatı, rahat dolanışığı
və sabitliyi
üçün yorulmadan
çalışırdı.
Onun ölkəyə rəhbərlik etdiyi dövrlərdə qəbul etdiyi qərarlar, imzaladığı fərmanlar və sərəncamlar bütövlükdə xalqımızın
daha parlaq gələcəyinə,
işıqlı sabahına, firavan həyatına yönəlirdi.
Azərbaycan
1969-cu ildən başlayaraq cənab Heydər Əliyevin rəhbərliyi ilə elə bir sosial-iqtisadi inkişaf yolu keçmişdi
ki,
dünyanın bir çox ölkələrində
bu cür inkişaf üçün on illər, yüz illər lazım gəlirdi. Ötən əsrin 70-ci illərində
Azərbaycanda bütün sahələrdə gözə
çarpacaq dərəcədə faydalı işlər görüldü.
İstər təhsildə, istər səhiyyədə, istər mədəniyyətdə, istər sənayedə, aqrar sahədə görülən işlər dediklərimə tutarlı sübutdur.
Heydər Əliyev ədəbiyyatşünas,
musiqişünas,
xalqşünas,
tarixşünas,
təsərrüfatşünas,
sənayeşünas və ordu quruculuğunun
banisi idi. Sovet ittifaqı
kimi nəhəng bir dövlətin zəngin iqtisadi
potesialından,
geniş imkanlarından
istifadə edərək Azərbaycanı tərəqqi yoluna çıxaran ulu öndər Heydər Əliyev yeni mütərəqqi sənaye sahələrinin yaradılması
istiqamətində mühüm tədbirlər həyata keçirirdi.
Elmi-texniki tərəqqinin naliyyətlərinin,
mütərəqqi texnologyaların
istehsalatda tətbiqi respublikanın bütün SSRİ-də qabaqcıl
yerlərdən birinin tutulmasına,
ölkənin sosial iqtisadi siyasi həyatında yeni-yeni naliyyətlər əldə etməsinə
imkan verirdi. Həmin illərdə Bakıda,Gəncədə,Naxcıvanda və digər şəhərlərdə inşa olunan iri fabrik və zavodlar, neft maşınqayırması, məişət kondisionerləri zavodu, elektrik mühərrikləri zavodu,
elektromaqnit avadanlığı, soyuducular,
sintetik kaucuq, boruyayma,
şüşə,
şüşə qablar zavodu və s.
Heydər Əliyevin qətiyyəti,
iradəsi və təşəbbüskarlığı ilə belə strateci
əhəmiyyətli iri müəssisələr məhz Azərbaycanda inşa olunurdu.
Heydər Əliyev
işlədiyi
illərdə Kommunist
partiyasına sədaqətlə xidmət etmişdir.
Lakin
1987-ci ildən başlayaraq
kommunist reciminə olan inam
zəiflədi
və 1990-cı
ildə tamam
qırıldı.
Kommunist partiyasının, sovet
sisteminin çürüklüyü, haqsızlığı,
ədalətsizliyi Heydər
Əliyevin baxışlarını dünya
görüşünü tamamilə dəyişdi. 1990-cı
il yanvarın 21-də Moskvadakı
daimi nümayəndəliyinə gəlməsi böyük
cəsarət, qətiyyət
tələb
edirdi.
Diplomatik nümayəndəliyə gəlməzdən əvvəl ulu
öndər
çox götür-qoy etdi.
Fikrini ailə üzvlərinə bildirdi. O, düşünürdü
ki,
onun bu gedişindən
ailəsi, övladları
ziyan çəkə bilərdilər. Lakin
ulu öndərin övladları
onunla həmrəy oldular,
onunla birlikdə daimi nümayəndəliyə gəldilər. Həmin
vaxt İlham Əliyev
görünməmiş
bir cəsarət etdi.
İşini,
cəmiyyətdəki
mövqeyini vətəndaşlıq borcuna
qurban verdi.
1991-ci ildə fevralın 5-də Azərbaycan SSRİ-nin yeni çağırış Ali Sovetinin birinci sesiyasındakı tarixi çıxışı Sovet dövlətinin,
Kommunist partiyasının
yaxın vaxtlarda
tarixin səhnəsindən silinəcəyindən xəbər verirdi.
1991-ci ildə mart ayının
7-də Azərbaycan Ali Sovetinin
sesiyasındakı çıxışı. Müttəfiq respublikaların
müstəqillik qazanacağını
əvvəlcədən görməsi onun uzaqgörənliyini göstərirdi və xalqı bu hadisələrə hazır olmağa çağırırdı. Heydər Əliyev kommunist
partiyası sıralarını
tərk etdi. Naxçıvan Muxtar Respublikası birinci olaraq Sovet İttifaqının tərkibindən çıxdı,
yeni dövlət bayrağı qəbul edildi.
1918-ci ildə
AXC-nin təsis etdiyi üçrəngli bayraq Naxçıvan
Muxtar Respublikasında
dalğalandı.
Heydər Əliyev bəşər tarixində
20-ci əsrin ən böyük tarixi şəxsiyyətidir. Heydər Əliyevə qədərki bütün tarixi şəxsiyyətlərdə olan yüksək keyfiyyətlər Heydər Əliyevdə də var idi. Lakin Heydər Əliyevdə
elə xüsusi keyfiyyətlər var idi ki, o xüsusiyyətlər tarixi şəxsiyyətlərin heç birində olmayıb.
İmtizamlılıq,
çalışqanlılıq,
dözümlülük,
ədalətlilik,
əməksevərlilik onun xarakterik xüsqsiyyətlərindən idi. Ulu öndər Heydər Əliyev möhkəm intizamı sevirdi. Ümummilli liderimiz
əmin idi ki,
intizam olmayan yerdə anarxitya
höküm sürər.
Anarxiyanı,
intizamsızlığı biz 1990-1991-1992-ci illərdə gördük,
hadisələrin canlı şahidi olduq. Dəstəbazların,
qanunu pozanların, qanunsuz silah saxlayanların başımıza
gətirdikləri bəlanın ağrısını hələ də çəkirik. Özbaşınalıq həm orduda,
həm küçədə, həm də məhəllələrdə baş alıb gedirdi. İndiki siyasi sabitlik,
sakitlik,
intizamın möhkəmlənməsi bizi anarxiyadan
xilas etdi. Həmin vaxt ürəyimdən keçənləri misralara çevirdim.
Sülhün təməl daşını yurdumuzda
sən qoydun
Millətə həyat verdin,
ağlın kəsdiyi gündən
Dünyanı dərdə salan fəlakətə son qoydun,
Qasırğadan,
borandan hünərlə çıxdı Vətən.
Sən bizi xilas etdin köləlikdən,
qamçıdan,
Üzümüzə açıldı kainatın qapısı.
Ulduzlar səpələndi, yerlər oldu çıraqban
Açıldı könüllərdə toy-büsatın qapısı.
Cəsarətsən elimin yorulmayan qolunda,
Şirindil körpələrin dodağında nəğməsən.
Bir əbədi mayaksan azadlığın
yolunda
İnsanlığa bəxş etdin sevinc, gülüş,
nəğmə,
sən.
Qəlbinin hərarəti istidir günəş qədər,
Ümmanlar tək coşğunsan,
bərəkətsən torpağa.
O qadir əllərinlə nələr etmədin,
nələr?
Kamalınla bir əsr Vətən düşdü qabağa.
Ulu öndər qətiyyətli idi. Ən çətin məqamlarda, qorxulu anlarda qətiyyət göstərirdi, özünü itirmirdi. Hiss və həyəcanlarını daxilində boğa bilirdi.
Məqsədinə nail olmaq üçün dünyanın bütün sirlərinə vaqif olan dörd şeyə-
hikmət,
ağıl,
təmkin və ədalətə arxalanırdı. Möhkəm yaddaş sahibi idi. Demək olar ki,
gördüklənini,
oxuduqlarını olduğu kimi yadında saxlayırdı.
Riçard Armitac deyirdi:-
Heydər Əliyevin ölümü ilə sanki dünya bir az kiçildi.
Tarixi şəxsiyyət,
mahir siyasətçi Heydər Əliyevin sağlığında
bizim hamımız üçün bir Heydər Əliyevimiz var deyirdik.
Bu gün isə Azərbaycan xalqının hər birinin qəlbində, hər bir evdə,
hər bir ailədə bir Heydər Əliyev yaşayır və dünya durduqca yaşayasaqdır. 2003-cü ildə
oktyabrın
1-də ulu öndərimiz,
ümummilli liderimiz
Heydər Əliyevin Azərbaycan xalqına müraciəti də dahı şəxsiyyətin uzaqgörənliyndən xəbər verirdi.
«Üzümü sizə, həmvətənlərimə tutaraq qarşıdan gələn prezident seçkilərində
prezidentliyə namizəd, mənim siyasi varisim,
YAP-ın sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram.
O,
yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən,
enercili və təşəbbüskar bir şəxsiyyətdir.
Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də YAP bundan sonra da xalqımızın ən layiqli övladlarını
öz ətrafında
sıx birləşdirərək Azərbaycan Dövlətinin inkişafı,
xalqımızın firavanlığı
yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim tale yüklü məsələləri,
planları,
işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək.
Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm»-deyən,
xalqının xoşbəxt gələcəyinə zəmanət verən,
o dahi şəxsiyyətin ümidlərini, ulu öndərimizin layiqli davamçısı
cənab İlham Əliyev tam doğrultdu. Cənab İlham Əliyev prezident seçildiyi
gündən ölkəmizdə
sosial-iqtisadi yüksəlişə, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu
prosesinə layiqli töhvələr verməyə başladı,
bu gün Azərbaycanı regionun
lider ölkəsinə
çevirdi.
Ölkənin bütün regionlarında dünya standartlarına cavab verən yeni müəsisələrin,
qurğuların,
yeni yaşayış binaların,
yolların,
elektrik stansiyalarının, idman komplekslərinin,
təhsil,
səhiyyə ocaqlarının
istifadəyə verilməsi, işsizlik səviyyəsinin aşağı salınması, iş yerlərinin açılması,
körpülərin tikilməsi və s. Cənab İlham Əliyevin verdiyi vədlərə əməl etməsinin bariz nümunəsidir. Bütün bunların
hamısına görə
biz ümummilli
liderimiz Heydər Əliyevə
borcluyuq.
O,
möhkəm təməl qoymuşdur.
Heydər Əliyevin qoyduğu möhkəm təməli onun siyasi kursunun ldayiqli
davamçısı,
möhtərəm prezidentimiz
İlham Əliyev daha da möhkəmləndirir, xalqı xoşbəxt gələcəyə uğurla aparır.
Ən ucqar kəndlərimiz
Necə gözəl görünür,
Nur selinə qərq olub
Gecə gözəl görünür
Asfalt döşənmiş yollar
Küçə gözəl görünür.
Hər tərəf gül qoxuyur,
Qönçə gözəl görünür
Çiçəklərin ləçəyi
İncə, gözəl görünür.
Parklar da ayrı aləm,
Məncə gözəl görünür.
Bakı,
Şəki,
Naftalan
Gəncə gözəl görünür.
Hansı səmtə baxırsan,
Üç rəngli bayrağımız
Uca,
gözəl görünür.
Əyilməyən, sınmayan
Qoltuğa sığınmayan
Bir ər oğlu ərdi o.
Bir ümiddi, inamdı.
Bu qüdrətli gənc insan
Heydər oğlu İlhamdı.
Əvəz Mahmud Lələdağ
Комментарии
Отправить комментарий